“Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda konfrans təşkil ediləcək
Bakı, 4 fevral, AZƏRTAC
Fevralın 5-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin birgə əməkdaşlığı çərçivəsində “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda konfrans təşkil ediləcək.
Fonddan AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində məqsəd Azərbaycanın və bütövlükdə türk dünyasının ayrılmaz parçası olan Qarabağ bölgəsində yerləşən tarixi, mədəni, dini abidələrə, incəsənət nümunələrinə dəyən zərəri, eləcə də bu istiqamətdə görülə biləcək işləri müzakirə etmək və tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Konfrans, həmçinin videoformat şəklində də aparılacaq.
Konfransda aidiyyəti qurumların və beynəlxalq təşkilatların rəhbərləri, səfirlər, tanınmış memarlar, mühəndislər, alimlər və tarixçilər iştirak edəcəklər. Konfrans pandemiya şəraitinə uyğun olaraq keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [11:23]
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
- 04.10.2026 [18:01]
“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib
- 04.10.2026 [17:30]
V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir
- 04.10.2026 [14:19]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib
- 04.10.2026 [14:01]