Qazax rayon sakinindən narkotik vasitə götürülüb
Bakı, 30 noyabr, AZƏRRTAC
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Abbasovu saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, onun üzərində axtarış aparılan zaman əlindəki polietilen torbanın içərisindən 445 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. N.Abbasov ilkin dindirilmə zamanı narkotik vasitəni şəxsi istifadə məqsədilə əldə etdiyini bildirib.
Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.