Qəbələ beynəlxalq düşərgəsində irəli sürülən prinsiplər bütün dünyada qəbul edilməlidir
Qəbələ, 26 noyabr (AZƏRTAC). “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” devizi ilə Qəbələdə keçirilən beynəlxalq düşərgədə irəli sürülən prinsiplər bütün dünyada qəbul edilməlidir.
Bu sözləri düşərgədə iştirak edən Böyük Britaniyanın “EcoMuslim” təşkilatının direktoru Ömər Faruk noyabrın 26-da AZƏRTAC-a müsahibəsində demişdir.
Ö. Faruk bildirmişdir ki, Leyla xanım Əliyevanın təsis etdiyi IDEA Ətraf Mühit Kampaniyasının bütün dünyadan gənc ekoloqları Qəbələdə bir araya gətirməsi çox əhəmiyyətli məsələdir. Mənim özüm burada iştirakımdan çox məmnunam və bundan fərəh hissi duyuram. Biz Leyla xanım Əliyevanı bu təcrübəni bölüşmək və Böyük Britaniya Parlamentinin Lordlar Palatasında çıxış etmək üçün ölkəmizə dəvət edirik.
Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Ö.Faruk Qəbələnin indiyədək gördüyü ən gözəl şəhərlərdən biri olduğunu, buranın təbii mənzərəsinin onu valeh etdiyini demişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]