“Qəbələ” klubu Qətər və Fransa komandaları ilə qarşılaşacaq
Bakı, 20 fevral, AZƏRTAC
“Qəbələ” futbol akademiyasının komandaları Qətərdə keçiriləcək beynəlxalq turnirdə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, futbolçularımız fevralın 21-dən 25-dək davam edəcək “Aspire Tri Series Cup”da qüvvəsini sınayacaq. Turnirdə 3 klub üç müxtəlif yaş qrupunda mübarizə aparacaq. “Qəbələ” yerli “Aspire” Akademiyasının komandası və Fransanın “Mets” klubu ilə mübarizə aparacaq. Klubların U-12, U-11 və U-10 komandaları üz-üzə gələcək.
Fevralın 22-də Qətər və Fransa təmsilçiləri qarşılaşacaq. Ertəsi gün “Qəbələ” “Mets”lə münasibətlərini aydınlaşdıracaq. Fevralın 24-də isə futbolçularımız meydan sahibləri ilə görüşəcək.
Qeyd edək ki, yarışın əsasnaməsinə uyğun olaraq, U-12 və U-11 komandaları hər biri 30, U-10 isə hər biri 25 dəqiqə olan iki hissədən ibarət matçlar keçirəcək. U-12 meydana 9, U-11 8, U-10 isə 7 oyunçudan ibarət heyətlə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]