Qəbələdə 150 min ağac əkilmiş və 67 hektar sahədə meşə salınmışdır
Qəbələ, 14 noyabr (AZƏRTAC). “Ekologiya ili” çərçivəsində Qəbələ rayonunda bu günədək ümumilikdə 150 min ağac əkilmişdir. Hazırda 52 min hektara yaxın meşə ərazisi olan Qəbələdə bu sahənin mühafizəsi, yeni meşə sahələrinin, tarlaqoruyucu zolaqların salınması, qiymətli ağac tinglərinin yetişdirilməsi də diqqət mərkəzindədir.
Qəbələ rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, ilin əvvəlindən bu günədək rayonda dövlət meşə fondunun torpaqlarında 67 hektar meşə əkini aparılmışdır. Bunun 25 hektarını palıd, 42 hektarını isə qoz, şabalıd, göyrüş, ağcaqayın, vələs ağacları təşkil edir.
Hazırda müəssisənin təsərrüfatında 1,6 milyon ağac tingi yetişdirilir. Bu tinglərdən qarşıdakı aylarda yeni meşə zolağının salınmasında istifadə olunacaqdır. Rayonda ağac əkini ilə yanaşı, meşələrin mühafizəsinə də böyük əhəmiyyət verilir. İndiyədək meşələrin kənarında 30 kilometr uzunluğunda yanğına qarşı təhlükəsizlik zolağı yaradılmışdır. Meşə ağaclarının qanunsuz qırılmasına qarşı mübarizə tədbirləri gücləndirilmiş, cərimələr sərtləşdirilmişdir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar müəssisə təhsil və səhiyyə ocaqlarına, hərbi hissələrə və fərdi vətəndaşlara rüsumu ödənilməklə odun verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]