Qəbələdə keçirilən beynəlxalq düşərgə ekoloji problemlərin həlli istiqamətində müzakirələrin aparılması baxımından əla fürsətdir
Qəbələ, 26 noyabr (AZƏRTAC). Qəbələdə keçirilən beynəlxalq düşərgə ekoloji problemlərin həlli istiqamətində müzakirələrin aparılması baxımından əla fürsətdir. Bu düşərgə gənc ekoloqlar və ümumiyyətlə ətraf mühitin qorunmasına biganə olmayan hər bir şəxs üçün əhəmiyyətlidir.
Bu sözləri “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” devizi ilə Qəbələdə keçirilən beynəlxalq düşərgədə iştirak edən BMT-nin nümayəndəsi Şahid Hüseyn AZƏRTAC-a müsahibəsində demişdir.
Ətraf mühitlə bağlı problemlərə biganəliyin gələcəkdə fəlakətlərə gətirib çıxara biləcəyini qeyd edən Ş.Hüseyn Leyla xanım Əliyevanın irəli sürdüyü bu təşəbbüsün müasir dövrdə xüsusi aktuallıq kəsb etdiyini vurğulamışdır. Ş.Hüseyn əlavə etmişdir ki, bu cür təşəbbüslərin sayı nə qədər çox olsa, gələcək dünyamızla bağlı əndişələrimiz də bir o qədər az olar.
Ş.Hüseyn Qəbələ beynəlxalq düşərgəsinin ətraf mühitlə bağlı problemlərin həllinə dəyərli töhfə olacağını vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]