QƏBƏLƏNİN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ HEYDƏR ƏLİYEV YAD EDİLDİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, seminarda çıxış edənlər Heydər Əliyevin örnək olan həyat yolundan, siyasi fəaliyyətindən, beynəlxalq aləmdə uğurla həyata keçirilən islahatlarından danışmış, bu gün təhsil sahəsində əldə olunan nailiyyətlərin məhz ulu öndərimizin adı ilə bağlı olduğunu vurğulamışlar.
Rayonun bütün orta məktəblərində Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini əks etdirən guşələr açılmış, tədbirlər keçirilmiş, şer müsabiqələri təşkil olunmuşdur. Rayon mədəniyyət evində məktəblilərin rəsm əsərlərindən ibarət sərgi açılmışdır.