REGİONLAR
Qərb bölgəsində məntəqə seçki komissiyalarının üzvləri treninqlərə cəlb olunub
Gəncə, 14 avqust, AZƏRTAC
Sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərə hazırlıq qərb bölgəsində yerləşən dairələrdə də davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələrində Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi treninqlərə məntəqə seçki komissiyalarının sədrləri, katibləri və üzvləri cəlb olunublar.
Treninqlərdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, səsvermə prosesi, səslərin hesablanması, protokolun doldurulması və sair mövzularda təqdimatlar edilir, müzakirələr aparılır və suallar cavablandırılır.