Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycan İcması və Azərbaycanın digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət edib

Qərbi Azərbaycan İcması və Azərbaycanın digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət edib

Bakı, 28 iyul, AZƏRTAC

Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir: “Təlatümlü XX əsrdə etnik azərbaycanlılar Ermənistan tərəfindən amansızcasına ağlasığmaz vəhşiliklərə, deportasiyalara və müxtəlif təqiblərə məruz qalmışdır ki, bunlar azərbaycanlıların xatirələrində dərin iztirab və sağalmaz izlər buraxıb.

1987-1991-ci illərdə azərbaycanlıların Ermənistandan vəhşicəsinə qovulması onların vaxtilə öz ata-baba yurdları olmuş ərazilərdən izlərinin silinməsi məqsədilə aparılan bir əsrlik kampaniyanın dəhşətli sonu oldu. Bir vaxtlar Azərbaycan mədəniyyətinin çiçəklənən beşiyi olmuş, indiki Ermənistandakı Azərbaycan məskənləri əsl sahiblərinə həsrət içində tərk edilmiş qalıb.

Bu vəhşiliklər azmış kimi, Ermənistan 1991-1994-cü illərdə Azərbaycan ərazilərini işğal edərək xalqımızı daha acı iztirablara düçar etdi. 800 minə yaxın azərbaycanlı öz yurd-yuvasından vəhşicəsinə qovulmuş, məcburi köçkünlüyün acı taleyini yaşamalı olmuşdur.

Azərbaycanlıların qəbiristanlıqları, müqəddəs məkanları nümayişkaranə şəkildə dağıdılmış, mədəni irsi təhqir olunmuş, onlara sağalmaz yaralar vurulmuşdur.

Ermənistanın vəhşiliyi sərhəd tanımamışdır. Ermənistan Azərbaycanın dinc vətəndaşlarına qarşı çoxsaylı qırğınlar törətmiş, 20 mindən çox günahsız insanın həyatına son qoymuşdur. Bu günə qədər itkin düşmüş 4000 nəfərin naməlum taleyi Azərbaycan xalqının çəkdiyi acı kədər və iztirabların ağrılı bir yaddaşına çevrilmişdir.

Doğma yurdlarından didərgin salınmış yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün çadır düşərgələrində heç bir rahatlıq olmadan ağlasığmaz həyat şəraitində yaşamalı olmuşdur. Bu uzun sürən məcburi köçkünlük ailələri bir-birindən ayrı salmış, icmaların sosial bağlarını qırmış, onları ümidsizlik və qeyri-müəyyənliklə üz-üzə qoymuşdur.

Ermənistan illər boyu həyasızcasına beynəlxalq hüquq normalarını pozaraq, işğalçılıqdan əl çəkməmiş və azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına mane olmuşdur. Ancaq 2020-ci ilin payızında Azərbaycan Ermənistanın növbəti mənfur hücumunu dəf edərək, işğal altındakı ərazilərini azad etdikdən sonra məcburi köçkünlərin evlərinə qayıtmaları üçün nəhayət bir ümid işığı yandı.

Bununla belə, bərpa və reinteqrasiyaya gedən yolda misli görünməmiş çağırışlar və çətinliklər qalmaqdadır. Ermənistan bir vaxtlar işğal etdiyi torpaqları qəddar niyyətlə çoxsaylı minalarla çirkləndirərək həmin əraziləri yaşanmaz hala - ölüm tələsinə çevirib. İnsan həyatına açıq-aşkar etinasız yanaşan Ermənistan bu gizli ölüm toxumlarının yerini açıqlamaqdan imtina etməklə beynəlxalq humanitar hüququn qayəsinə zərbə vurur.

Azərbaycanlılara qarşı misli görünməmiş ədalətsizliyə dünya ictimaiyyətinin reaksiyası insan haqları məsələlərinə yanaşmada açıq-aşkar ikili standartlar nümayiş etdirməklə məyusedici olmuşdur. Ermənistanın bədnam əməllərinin ağırlığına baxmayaraq, dünya ictimaiyyəti acınacaqlı vəziyyətdə olan azərbaycanlıların dərdlərinə həmdəm olmamış və onlara layiq olduqları dəstəyi verməmişdir.

Azərbaycan xalqının çəkdiyi böyük iztirablara açıq-aşkar məhəl qoymamaqları ilə bəlli etdikləri kimi, özünü “beynəlxalq ictimaiyyət” adlandıranların selektiv yanaşması qərəz və biganəliyin aydın təzahürüdür. Görünür, onlar məcburi köçkünlük, təqib və qırğınlarla üzləşmiş azərbaycanlıların acınacaqlı taleyini rahatlıqla unutmağa üstünlük verirlər. Əvəzində isə diqqəti Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin, əslində, mövcud olmayan və uydurma “potensial” problemlərinə yönəltməyə cəhd göstərilirlər.

Narahatlıq yaradan saxtakarlıqlardan biri də keçmişin acı həqiqətlərini qəsdən ört-basdır etməklə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisinin sanki müstəsna olaraq ermənilərə aid imiş kimi göstərmək cəhdləridir. Məsələ burasındadır ki, azərbaycanlılar həmin ərazidəki bir çox yaşayış məntəqələrindən, o cümlədən Xankəndidən, Kərkicahandan, Malibəylidən, Qaradağlıdan və Xocalıdan vəhşicəsinə qovulublar. 1992-ci il Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc sakinləri kütləvi şəkildə qətlə yetirdiyi Xocalı qətliamının acı xatirələri yaddaşlarda silinməz izlər buraxıb. Məcburi köçkün azərbaycanlılar həmin yaşayış məntəqələrinə hələ də qayıda bilmirlər. Ermənilər üçün eksklüzivlik mənzərəsi yaratmağa çalışan bu cür aldadıcı bəyanatlar yalnız ədalətsizliyin və bölücü yanaşmanın davam etdirilməsinə xidmət edir.

Bu birtərəfli mövqe ədaləti və insan haqlarını müdafiə etmək iddiasında olanların əsl simasını ifşa edir, çünki onlar azərbaycanlıların hüquq və məşəqqətlərini etnik və dini mülahizələrdən çıxış edərək açıq-aşkar görməməzliyə vururlar.

Belə bir mövqe Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətlərini, irqi ayrı-seçkiliyini dəstəkləyir, ədalətsizliyin tüğyan etməsinə və Azərbaycan xalqına qarşı zülmün davam etdirilməsinə şərait yaradır.

Bu imtiyazlı münasibətdən cəsarətlənən Ermənistan qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququnu inkar edərək öz təkəbbürünü davam etdirir. Onlar məcburi qovulmanı həyasızcasına “könüllü” adlandıraraq azərbaycanlı qaçqınları Ermənistana geri qayıtmaqla bağlı fundamental hüquqlarından məhrum etməyə əxlaqsızcasına cəhd edirlər. Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bağlı Qərbi Azərbaycan İcması ilə dialoqdan Ermənistanın israrla imtina etməsi, İcmanın haqlı mübarizəsini “ərazi iddiası” kimi qələmə verməsi bu dövlətin monoetnik siyasətdən əl çəkməməsinə və Ermənistanda dərin kök salmış azərbaycanofobiyaya daha bir narahatedici sübutdur.

Bundan başqa, Ermənistanın “Qarabağ ermənilərinin müstəsnalığı” iddiası problematik və dərin narahatedici bir ideologiya ilə səsləşir. Bu, hamı üçün həyəcan təbili çalan tarixi paralelləri xatırladır. Belə bir təhlükəli yanaşma irqi üstünlüyə və etnik mənsubiyyətə görə başqalarını təcrid etməyə inancı nümayiş etdirir.

Beynəlxalq ictimaiyyətin Ermənistanın cinayətlərini pisləməməsi onun ermənipərəst qərəzini bir daha göstərir və azərbaycanlıları layiq olduqları dəstəkdən məhrum edərək onları bu ədalətsizliyin yükünü daşımağa məcbur edir.

Azərbaycanlıların didərgin düşməsi bəşəriyyətin nə dərəcədə rəhmsiz və biganə ola biləcəyinin dəhşətli bir sübutudur. Azərbaycan xalqına vurulan yaralar dünyanı öz ikili standartlar maskasını yırtmaq və bu dəhşətli ədalətsizliklərə mərdi-mərdanə sinə gərmək üçün meydana səsləyir.

Beynəlxalq ictimaiyyətin öz davranışı barədə götür-qoy etməsinin, selektiv yanaşmasını aradan qaldırmasının və etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq həqiqətən də ədalət və insan hüquqlarının müdafiəsinə qalxmasının vaxtı çoxdan gəlib çatıb. Yalnız bu halda biz ayrı-seçkiliyi rədd edən, həqiqi sülh və barışığa qucaq açan ədalətli və hər kəsi ağuşuna alan dünyaya ümid edə bilərik.

1. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərov

2. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova

3. "Qarabağa Dönüş" İctimai Birliyinin sədri Tural Gəncəliyev

4. “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva

5. “Qarabağ itkin ailələri” İctimai Birliyinin sədri Könül Behbudova

6. “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı" İctimai Birliyinin sədri Vüqar Qədirov

7. “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Ələkbərli

8. D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfərova

9. İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı

10. Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı

11. “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri Mehriban Məmmədova

12. Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni

13. "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin sədri Ramil İskəndərli

14. "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov

15. "Qaçqın və Deportasiya Olunmuşlara Dayaq" İctimai Birliyinin sədri Oktay Sadıqov

16. Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu

17. "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə

18. "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı

19. "Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları" İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə

20. "Erməni təcavüzünün tanıdılması" İctimai Birliyinin sədri Səriyyə Cəfərova

21. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov

22. “Elmi Araşdırmalar” ictimai birliyinin sədri Telman Qasımov

23. “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” ictimai birliyinin sədri Müşfiq Ələsgərli

24. Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev

25. “Tarix və Mətbuat Araşdırmalarına Dəstək” İctimai Birliyinin sədri Nəsiman Yaqublu

26. Azərbaycanda yaşayan Axıska türklərinin "Vətən" İctimai Birliyinin sədri Xalid Xəlilov

27. “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri Mariya Hüseynova

28. “Azəri Tat Mədəniyyət Mərkəzi” İctimai Birliyinin sədri Elman Əhmədov”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb