CƏMİYYƏT
Qərbi Azərbaycan İcmasının üzvü BMT-nin tribunasından ailəsinin Ermənistandan zorla qovulmasından danışıb
Bakı, 16 mart, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının üzvü, vətəndaş cəmiyyəti fəalı Pərvanə Vəliyeva Cenevrədə BMT-nin İnsan Hüquqları üzrə 55-ci sessiyası çərçivəsində keçirilən Ümumdünya İslamofobiya ilə Mübarizə Gününə həsr olunmuş tədbirdə çıxış edib. AZƏRTAC-ın məlumatına görə, o bildirib ki, ailəsi Ermənistanın Vedibasar rayonunda yerləşən yaşadıqları dədə-baba yurdundan 1988-ci ildə etnik təmizləmə nəticəsində çıxarılıb.
O, 300 mindən çox azərbaycanlının tarixən əksəriyyət təşkil etdikləri ərazilərdən XX əsrdə üç dəfə zorla qovulması barədə məlumat verib. Bildirib ki, müsəlman mədəni irsinin, qəbristanlıqların vandalizmə məruz qalması, məscidlərin dağıdılması Ermənistanın etnik təmizləmə yolu ilə ölkəsini monoetnik və monodin ölkəyə çevrilməsi islamafobiyanın bariz nümunəsidir.
“Biz, vətəndaş cəmiyyəti təşkilatları olaraq insanlara qarşı ayrı-seçkiliyin bütün formalarını pisləyirik və Ermənistanı dinlərə qarşı tolerant olmağa və onlara hörmət etməyə çağırırıq”, - deyə Qərbi Azərbaycan İcmasının üzvü yüksək tribunadan bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [18:26]
“ASAN xidmət”in “StartapFest Naxçıvan” tədbirinə başlanılıb
- 20.05.2024 [18:18]
Qafqaz Müsəlmanları İdarəsinin sədri İranın Ali Rəhbərinə başsağlığı verib
- 20.05.2024 [17:30]
Qeyri-sabit hava şəraiti mayın 24-dək davam edəcək
- 20.05.2024 [17:11]
Ailə münaqişəsi zəminində 9 389 sayda hüquqazidd əməlin qarşısı alınıb
- 20.05.2024 [16:57]