Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycana qayıdış təkcə fiziki dönüş deyil, bu, milli kimliyimizin bərpasıdır – MÜSAHİBƏ

Qərbi Azərbaycana qayıdış təkcə fiziki dönüş deyil, bu, milli kimliyimizin bərpasıdır – MÜSAHİBƏ

Bakı, 10 fevral, Ceyhun Xəlilov, AZƏRTAC

Qərbi Azərbaycana qayıdış təkcə siyasi və hüquqi aspektlərdən ibarət deyil, həm də tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qərbi Azərbaycan İcması (QAİ) bu istiqamətdə müxtəlif layihələr həyata keçirir, ictimaiyyəti maarifləndirməyə və milli kimliyi möhkəmləndirməyə çalışır.

Qərbi Azərbaycanın Kalinino rayon icmasının sədri Miraslan Bəkirli AZƏRTAC-a müsahibəsində bölgənin tarixi, orada yaşamış soydaşlarımızın irsi, gənc nəslin milli dəyərləri yaşatmaqda rolu və qayıdış prosesinin perspektivləri barədə fikirlərini bölüşüb. Müsahibəni təqdim edirik.

– Kalinino rayonunun tarixi və sosial-iqtisadi həyatı barədə məlumat verə bilərsinizmi?

– Əvvəlcə Kalinino dediyimiz o ərazinin adından, bölgənin toponimiyasından bəhs edim. Məsələ burasındadır ki, bu bölgəyə yüz ildən çox yad adlar “möhürlənib”. Kalininonun əvvəlki adı Calaloğlu idi. Ötən əsrin 30-cu illərində bu ərazini Calaloğludan ayıraraq bolşevik M.İ.Kalininin şərəfinə Kalinino adlandırıblar və ondan əvvəl isə Vorontsovka adlandırılmışdır – qraf Vorontsov Daşkovun adını daşıyırdı. (Son dərəcə ermənipərəst Daşkov daşnaksütyun partiyasının silahlandırılması ilə məşğul idi. Ermənilərin dövlətinin yaranmasında da onun müstəsna xidmətləri olub.) Bu gün isə həmin ərazi Taşır adlandırılır. Bu toponimiya da o ərazidən keçən Daşır çayının adı ilə bağlıdır. O bölgənin tarixi rus təbliğatı və erməni əli ilə saxtalaşdırılsa da tarix tarixliyində qalır. Məsələn, Soyuqbulaq kəndi yaxınlığındakı, Gəmiqaya, Qobustan abidələrinə bənzəyən qayaüstü rəsmlər bu ərazinin kimə aid olduğunu sübut edən ən tutarlı faktlardan biridir. 

Biz orada milli-mənəvi dəyərlərimizi, sözün əsl mənasında, din içində dinimizi, dil içində dilimizi qoruyub inkişaf etdirə bilmişdik. Adət-ənənələrimizi də qoruyub inkişaf etdirmişdik. Cücəkənddə bizim evin arxasında məscid vardı və bütün dini ayinlər icra olunurdu. Nurani ağsaqqallar, ağbirçəklər, məsciddə danışılan hədislər hələ də mənim yaddaşımda qalmaqdadır. 1987-ci ilin qışında Medovka kəndində rusların “Maslyata” bayramında iştirak edəndən sonra atam (o, mədəniyyət evinin direktoru idi) Novruz bayramının qeyd olunması ilə əlaqədar əvvəlcə rayon rəhbərliyinə müraciət etdi, razılıq vermədilər. İrəvana gedib məsələni belə qoydu ki, ruslar, ermənilər milli bayramlarını qeyd edirlər, siz icazə verməsiniz, Moskvaya müraciət edəcəyik... 1987-ci ildə Novruz bayramı Cücəkənddə rəsmi şəkildə, təntənəli surətdə qeyd olundu. Bayram şənliyində rayon rəhbərliyindən (birinci katib başda olmaqla), qonşu Gürcüstandan, Azərbaycandan, Rusiyadan qonaqlar iştirak etdilər. Dağlar qoynunda ilk dəfə möhtəşəm şəkildə Novruzu qeyd etdik, çox təəssüflər ki, həm də axırıncı oldu.

– Mənbələrdən məlumdur ki, Kalinino əhalisi tarix boyu bir çox çətinliklərlə üzləşib. Xüsusilə XX əsrin əvvəllərində və ondan əvvəlki dövrlərdə bu bölgənin azərbaycanlı əhalisinin hüquqlarının pozulması hansı formada baş verib? Bu dövrdə xalqın müqavimət göstərmək üçün atdığı addımlar barədə fikirləriniz bilmək maraqlı olardı.

– Qərbi Azərbaycanın Loru nahiyəsində aborigen əhalinin – Qafqaz türklərinin, yəni qarapapaqların faciələri ən çox çar Rusiyasının bu ərazini işğalından, əvvəl malakanların, XIX əsrdə də ermənilərin bu əraziyə köçürülməsindən sonra başlamışdı. Bolşeviklərin Ermənistan dövlətini yaratmaları bölgədə yeni faciələrin başlanğıcı oldu. Ermənilərin istər Azərbaycana, istərsə də Gürcüstana torpaq iddiaları nahaq qanların tökülməsinə gətirib çıxardı. Azərbaycanlılar nüfuzlu ağsaqqalların, imkanlı adamların təşkilatçılığı ilə özünümüdafiə dəstələri yaratmaqla bölgədə daşnak quldur dəstələrinin genişmiqyaslı qətliamlarından özlərini qoruya bilmişdilər. Ancaq bununla yanaşı, müəyyən qədər itkilər olmuşdu. Ağbaba, Qızılqoç tərəfdən gələn Andranikin dəstəsi Qaraqala, Qaraisəli kəndlərində insanları vəhşiliklə qətlə yetirmiş, gözləmədikləri silahlı müqavimətə rast gələndən sonra Calaloğlu, Böyük Qarakilsə istiqamətində hərəkət edərək, qarşılarına çıxan türk kəndlərini xarabalıqlara çevirib, insanlarını da məhv etmişdilər.

Təkcə bunlar da deyil. 1905-1906-cı, 1915-1918-ci illərdəki, sovet dönəmindəki (30-cu illərin repressiyası, 1948-1953-cü, nəhayət 1987-1991-ci illər deportasiyası) erməni cinayətləri yerli əhalinin dəfələrlə yurd-yuvalarından didərgin düşməsinə, insanların təkcə fiziki yox, həm də maddi-mənəvi sarsıntılarına, yüz illərlə formalaşan məişət və mədəniyyətinin məhv edilməsinə səbəb olub.

Bir də mənim nəslimin – babalarımın timsalında bizim bölgədə Azərbaycan türklərinə olan münasibəti aydınca görə bilərsiniz: Babamın beş qardaşından ikisi (İsmayıl, Bəkir) 1937-ci ilin repressiyasına məruz qalıblar, indiyə qədər də hara aparıldıqları və aqibətlərinin necə olduğu bilinmir. Böyük qardaşla (onda Hüseyn babamın 60 yaşı olub) kiçik qardaşı (Sarı,18 yaşında) II Dünya müharibəsinə aparıblar, biri qayıtmayıb. O biri babamı da Qazaxıstana sürgün ediblər. 1903-cü il təvəllüdlü İsmayıl babamın (atamın əmisinin) 1936-cı ildə aldığı pasportda milliyyəti “türk” yazılıb, bir il sonra dəyişdiriblər. Yəni insan övladının milliyyətini belə dəyişdirmək bolşevik hökuməti üçün “su içimi” kimi asan bir iş idi. 

Erməni-bolşevik hökumətinin biz aborigen əhaliyə münasibəti bax belə olub. Bizi məhv etməyə çalışıblar. Bir tarixi faktı da deyim. Mən özüm də bunun şahidi və iştirakçısı olmuşam. 1988-ci ildə Sov.İKP MK-nın Moskvada keçirilən plenumunda keçmiş Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu qərarı veriləndən sonra bizim rayonda yaşayan azərbaycanlılar avtomobillərə “Qarabağ Azərbaycandır!” şüarı yazıb bütün rayonu dolaşdılar. Onda ermənilər hələ silahlı hücumlar təşkil etməmişdilər və ondan sonra tədricən silahlanmağa, zorakılığa keçdilər. Kalinino rayonundakı mitinqlərin birində belə qərar qəbul etdilər ki, burada yaşayan azərbaycanlıları qovmaq üçün N.Nərimanov küçəsinə yürüş etsinlər. Bu küçədə ilk evdə Sadıqovlar yaşayırdılar. Evdə 90 yaşlı Məhəmməd kişi və gəlini olur. İzdiham yaxınlaşanda milisləri, hərbçiləri görən kişi təhlükəli bir şey olmayacağını düşünür. Ancaq izdiham yaxınlaşıb onların evlərini daşa basanda Məhəmməd kişi ov silahını götürüb atəş açır ki, bəlkə qorxub çəkilərlər. Əksinə, mitinq iştirakçıları daha da azğınlaşır. Bunu görən kişi gəlinini evdəki kartof kisələrinin arasında gizlədib üstünə də boş kisə salır və tapşırır ki, buradan çıxmasın. Dəstə evi daş-dalaq edib, darvazasını, qapı-pəncərəsini sındırıb kişini qətlə yetirir. Bu, o vaxt bizim rayonda ilk ölüm hadisəsi idi və təhlükəsizliyi təmin etmək üçün göndərilən hərbçilər də hadisələri, sadəcə, kənardan seyr edirdilər. Real vəziyyət belə idi.

– Deportasiya dövründən sonra o əraziləri internetdə, yaxud başqa resurslarda axtarmısınızmı? Yəni, xəyalən də olsa, o əraziləri görmək, ziyarət etmək üçün hər hansısa səyləriniz olubmu?

– Yurd itirənlər təkcə coğrafi baxımdan yox, mənəvi baxımdan da el-oba itkisinin iztirablarını yaşayır və yuxularında da həmişə oranı görürlər. 1987-1991-ci il hadisələrində indiki kimi internet bağlantıları yox idi və oradan qovulmuş insanlar Rusiyada yaşayan ermənilərə “bir ətək” pul verib öz yurdlarını, evlərini videonun yaddaşına köçürtdürüb baxırdılar və o videoların çoxu da mənə gəlib çatırdı (mən o vaxt AzTV-də Qərbi Azərbaycanla bağlı silsilə verilişlər hazırlayırdım). Həmin dövrdə mən özümə şəxsi kamera alandan sonra qarşıma məqsəd qoydum ki, risk edib, gedib kəndimizi, qəbirlərimizi çəkəcəyəm və getdim də...

Bu səfərdə məni nə gözlədiyini bilirdim – ya girov götürülüb işgəncələri yaşaya bilərdim, ya öldürülə bilərdim, ya da çəkib gətirəcəyim materiallar efirə gedəndən sonra insanların şüurunda, qəlbində bir təlatüm yaradacaq, kövrək, ağrılı duyğularla yanaşı, Vətən torpağının müqəddəsliyini tamaşaçılara, oxuculara bir daha yaşatdıracaqdım. Allah qismət elədi, xəta-bəladan sovuşub istədiyimi edə bildim.

Kəndimizə gedəndə narahatlıqla yanaşı, içimdə qəribə bir sevinc də vardı və düşünürdüm ki, bəlkə insan övladını cürətləndirmək üçün bu, bir stimuldur, ya beləcə “ölümün ağzı”na gedirsən... Mən kəndin qəbirlərini çəkəndə canımda qəribə bir titrəyiş vardı, elə bil ruhlarla təmasdaydım. Bir də o səfərdə ata evimizə getmədim ki, qoy o ata yurdunu necə xatırlayıramsa, eləcə də yaddaşımda qalsın (onda evimiz yerindəydi, indi ancaq divarları qalıb). Çünki ata yurdunu kimsəsiz görmək istəmirdim. 

Nə qədər ki, o torpaqlar haqqında düşünən var, o müvəqqəti itkilərin ağrılarını yaşayan var, nə qədər ki, o torpaqları araşdıran alimlər, ziyalılar var, o torpaqlar bizimdir. Zamanın haqsız gərdişlərinə tabe olmaq məğlubiyyətdir və bu, həm də millətin faciəsi ola bilər. Bu baxımdan, sizin verdiyiniz sual bütün zamanlarda yurd itirən insanların içində qövr edən, yaralarının qaysaqlanması mümkün olmayan bir ağrıdır. Bəli, internetdən də, telekanallardakı verilişlərdən də yurdlarımız haqqında xəbər gözləməkdəyik, izləyirik.

Ölüm qədər bir dərd varsa, o da yurd itkisidir. Biz yeni nəsli, gəncləri də yurd məhəbbəti ilə böyütməliyik ki, onlar bu məsuliyyətli tarixi missiyanı yerinə yetirə bilsinlər – ata-baba yurdlarımıza qayıtsınlar. Sülh yolu ilə – tarixi gerçəklikləri ortaya qoymaq yolu ilə olmasa, Ali Baş Komandanımız dediyi kimi, “Dəmir yumruq yerindədir!”.

– Kalinino icmasının gəncləri milli kimlik və mədəniyyətin qorunması istiqamətində hansı təşəbbüslərlə çıxış edirlər? Onların icmanın gələcəyində rolu nə dərəcədə vacibdir?

– Azərbaycanımızın firavan sabahının qarantı bizim gənclərimizdən və onlara bizim “nələri verməyimizdən” çox asılıdır. Təkcə Kalinino rayonunun, Qərbi Azərbaycanın yox, ümumilikdə dünya azərbaycanlılarının qarşısında son dərəcə məsuliyyətli və həm də fəxarətli işlər durur. Belə ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda atılan addımları onlarsız təsəvvür etmək mümkün deyil. Təkcə bizim rayonun yox, Qərbi Azərbaycanın bütün bölgələrindən olan gənclər o yerlərin tarixi, ədəbiyyatı, toponimləri, adət-ənənələri, mətbəxi, məişət nümunələri ilə nəinki maraqlanırlar, bu sahədə elmi işlər üzərində çalışırlar. Gənclərin təşəbbüsü ilə dediyimiz bu sahələrlə bağlı dəfələrlə böyük yığıncaqlar təşkil edilib. İdmanın müxtəlif sahələrində yarışlar təşkil olunub və gənclərin müraciəti icmada həmişə hörmət və qayğı ilə qarşılanıb.

Gənclər Qərbi Azərbaycanla bağlı elmi əsərlər də yazırlar. Yəni, şükürlər olsun, gənclərimiz milli-mənəvi dəyərlərimizin qorunmasına çalışırlar. Bu baxımdan QAİ-nin rəhbərliyi də gənclər üçün öz dəstəyini əsirgəmir.

– Qərbi Azərbaycana qayıdış planları çərçivəsində Kalinino icmasının rolu nədən ibarətdir? Bu prosesin təkcə məcburi köçkünlərin geri qayıdışı deyil, həm də bölgənin sosial və mədəni canlanması üçün hansı əhəmiyyəti var?

– Bu sual, təkcə Kalinino rayonunun yox, ümumilikdə Azərbaycan gənclərinin, ziyalılarının və həm də bütövlükdə millətin qarşısında duran aktual, gündəmdə olan məsələdir. Belə ki, 44 günlük Vətən müharibəsində hamı qarabağlı idisə, indi hamı Qərbi azərbaycanlı olmalıdır. Torpaqlarımıza qayıdış itirdiklərimizə, unutduqlarımıza, yaddan çıxan adət-ənənələrimizə, milli mənliyimizə qayıdışdır. Tarixi torpaqlarımıza qayıdış – unudulan torpaqlarımıza, öyrənilməyən tariximizə, tədqiq olunmayan maddi-mədəniyyət abidələrimizə, bu gün qərib qalan babalarımızın qəbirlərini ziyarətə qayıdışdır. Bu müqəddəs qayıdış təkcə Qərbi Azərbaycan kökənli insanların yox, bütövlükdə dünya azərbaycanlılarının diqqətində olan, arzuladıqları çox vacib bir məsələdir.

Konkret olaraq mən və mənim sədr olduğum rayon icması indiyə qədər bölgəmizin kəndlərində və Kalinino şəhərində 1989-cu ilə qədər yaşamış soydaşlarımızın siyahısını hazırlamışıq. Bütün kəndlərin icma sədrləri təyin olunub və kəndlərlə bağlı cari məsələlər, məlumatlar onların vasitəsilə toplanılır, mərkəzləşdirilir. QAİ dövlət rəhbərliyinin diqqət mərkəzindədir və icmaya hər cür dəstək göstərilir. Azərbaycan Respublikasının Prezidentinin qayğısı daim hiss olunur və icmaya Prezident tərəfindən verilən inzibati binada işləmək, fəaliyyət göstərmək üçün hər cür şərait var. Bircə qalır tarixi gerçəklikləri dünyanın siyasi müstəvisinə çıxararaq haqlı olduğumuzu sübut etmək və sülh yolu ilə tarixi torpaqlarımıza qayıtmaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur