Qırğızıstandakı “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi Novruz bayramını münasibəti ilə tədbir keçirmişdir
Bişkek, 20 mart (AZƏRTAC). Qırğızıstandakı “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Novruz bayramını münasibəti ilə tonqal ətrafında şənlik keçirmişdir.
Əvvəl “Türkel” Fondunun rəhbəri Hökümə Xəlilova Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikini oxumuşdur.
AMM-nın sədri Əziz Əliyev Novruz bayramı münasibətilə soydaşlarımızı təbrik etmiş, bu bayramının tarixi və ənənələri haqqında danışmışdır. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı UNESCO-nun mədəni irs siyahısına daxil edilmişdir. İki il əvvəl BMT Baş Məclisində hər il martın 21-nin “Beynəlxalq Novruz Günü” kimi qeyd edilməsi barədə qətnamə qəbul olunmuşdur.
Azərbaycan diasporunun fəalları və Bişkekdəki milli mədəniyyət mərkəzlərinin rəhbərləri Novruzun sülhə, əmin-amanlığa çağırış bayramı olduğunu vurğulamış, bu cür tədbirlərin xaricdə yaşayan soydaşlarımızın doğma Vətənə bağlılığının artmasında mühüm rol oynadığını bildirmişlər.
Mərasimdə bayram süfrəsi açılmış, qonaqlara milli xörəklərimiz, Novruzun rəmzi olan şəkərbura, paxlava və digər şirniyyatlar təklif olunmuşdur.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]