Qızılağac Dövlət Təbiət Qoruğunda qanun pozuntuları aşkar edilmişdir
Bakı, 23 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Qızılağac Dövlət Təbiət Qoruğunda qanun pozuntuları aşkar etmişlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mühafizə rejimini yoxlamaq məqsədi ilə aparılan araşdırma zamanı qoruğun “Qaraquş”, “Xəzər” və “Akkuşa” mühafizə postlarının ərazisində mal-qaranın otarılması müəyyən olunmuşdur. Bundan başqa, “Xəzər” mühafizə postu ərazisində intensiv atəş səsləri qeydə alınmışdır.
Yol verilmiş qanun pozuntuları nazirliyin əməkdaşları tərəfindən qanunvericiliyə uyğun qaydada sənədləşdirilmişdir. Eyni zamanda, vəzifə səlahiyyətlərinin icrasında yol verdiyi nöqsanlara görə Qızılağac Dövlət Təbiət Qoruğunun direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, onun vəzifəyə uyğunluğu məsələsinin araşdırılması departament rəhbərliyinə tapşırılmışdır. Digər cavabdeh işçilər barəsində də intizam-tənbeh tədbirləri görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]