Qobustan Milli Tarix- Bədii Qoruğu da nəcib təşəbbüsə qoşulub
Bakı, 30 mart, AZƏRTAC
Qobustan Milli Tarix- Bədii Qoruğu Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürülməsi təşəbbüsünə qoşulub.
Bu barədə AZƏRTAC-a Qobustan Milli Tarix- Bədii Qoruğunun direktoru Vüqar İsayev məlumat verib.
Onun sözlərinə görə, qurumun əməkdaşlarının təşəbbüsü ilə ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərilməsi qərara alınıb. Bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fonduna qoruq tərəfindən vəsait köçürülüb.
“Belə bir gündə biz dövlətimizə dəstəyimizi ifadə edib, həmrəylik göstərməliyik. Bu istiqamətdə ölkənin mədəniyyət və incəsənət xadimləri, bir sözlə, dövlətimizin qayğısından yararlanan hər bir şəxs preventiv addımların atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə bu Fonda köməklik göstərməlidirlər. Ümid edirəm ki, bu bəla tezliklə dövlətimizin üstündən çəkiləcək. Allah dövlətimizi və xalqımızı qorusun”, - deyə Vüqar İsayev söyləyib.