Quba-Xınalıq yoluna qaya parçaları tökülüb
Quba, 3 mart, Elxan Yusifli, AZƏRTAC
Quba-Xınalıq yolunda sürüşmə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun 54-cü kilometrliyində, Qaragüney adlanan ərazidə baş verən sürüşmə nəticəsində dağlardan qopan qaya parçaları yolun hərəkət hissəsinə tökülüb. Bu səbəbdən Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Yolun təmizlənməsi üçün əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə qaya parçaları yolun hərəkət hissəsindən təmizlənib və Quba-Xınalıq yolu avtomobillərin hərəkəti üçün açılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:28]
Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
- 15.10.2026 [18:14]
Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb
- 15.10.2026 [18:10]
Şərurda “PeşəFest-2026” baş tutub
- 15.10.2026 [16:04]