RABİTƏÇİLƏR YENİ QURĞULAR İSTİFADƏYƏ VERMİŞLƏR
Ümummilli liderimiz Heydər Əliyevin doğum günü ərəfəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Teleradio” İstehsalat Birliyinin mütəxəssisləri Bakıdakı Yeni Teleqüllədə AzTV-1 proqramının CECAT peykinə ötürülməsi üçün TV-UP-Link yerüstü stansiyasını istifadəyə vermişlər.
Nazirlikdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, televiziya proqramlarının yayım keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə Füzuli rayonunun sərhəd hissəsində hər biri 500 Vt gücündə olan iki teleötürücü qurğu da istismara verilmişdir.