Rusiyada alkoqollu içkidən zəhərlənən 12 nəfər ölüb
Moskva, 5 iyun, AZƏRTAC
Rusiya Federasiyasında 12 nəfər alkoqollu içkidən zəhərlənərək həyatını itirib.
AZƏRTAC xəbər verir ki, hadisə Rusiyanın Ulyanovsk və Samara vilayətlərində baş verib. Samara vilayətində istehsal olunan “Mister Sidr” az alkoqollu içkisini içən 24 nəfər xəstəxanaya müraciət edib, onlardan 12-si ölüb.
Rusiya Federasiyasının istehlakçı hüquqlarının müdafiəsi və insan rifahı sahəsinə nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) əhalini araşdırma başa çatanadək həmin içkidən istifadə etməməyə çağırıb.
İçkinin Samara vilayətində Anar Hüseynov adlı şəxsə məxsus müəssisədə istehsal olunduğu bildirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:44]
İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]