RUSİYANIN ŞİMAL-QƏRB DAİRƏSİNDƏ YAŞAYAN SOYDAŞLARIMIZIN VƏZİYYƏTİ MÜZAKİRƏ OLUNMUŞDUR
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov fevralın 1-də Rusiya Federasiyası Şimal-Qərb dairəsi subyektlərinin Sankt-Peterburq administrasiyası yanında daimi nümayəndələri ilə görüşmüşdür.
Konsulluqdan AZƏRTAC-a bildirmişlər ki, Kareliya və Komi respublikalarının, Kalininqrad, Murmansk və Voloqodsk vilayətləri nümayəndələrinin iştirak etdikləri görüşdə həmin inzibati ərazilərdə yaşayan azərbaycanlıların vəziyyəti, qeyri-leqal yaşayan soydaşlarımızın leqallaşma prosesinin həyata keçirilməsi, habelə Azərbaycan diasporunun yaradılması məsələləri müzakirə olunmuş, müvafiq tövsiyələr verilmişdir.
Bundan əlavə, Azərbaycan Respublikası ilə ikitərəfli iqtisadi və mədəni əlaqələrin möhkəmləndirilməsi məsələləri də müzakirə mövzusu olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]