Sabah Bakıda 36, rayonlarda isə 37 dərəcə isti olacaq
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycanda sentyabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:18]
Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY
- 14.10.2026 [15:50]
Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir
- 14.10.2026 [12:30]
Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir
- 14.10.2026 [12:20]
Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
- 14.10.2026 [12:15]
Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm
- 14.10.2026 [12:03]