Sabah bəzi regionlarda yağış yağacaq
Bakı, 1 fevral, AZƏRTAC
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında gün ərzində yağış, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7°, dağlıq ərazilərdə 8-13° şaxta, gündüz 3-8° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gün ərzində arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, axşama doğru isə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gün ərzində bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacağı, axşama doğru isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, gün ərzində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şimal-şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.