Şahdağ Milli Parkında yanğın hadisəsi baş vermişdir
Bakı, 13 noyabr (AZƏRTAC). Noyabrın 12-də gecə saatlarında Şahdağ Milli Parkının Quba rayonu ərazisindəki Xənagah kəndi yaxınlığında Rustov meşəbəyliyinin 8 saylı dolayında yanğın hadisəsi baş vermişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, ilkin araşdırmalarda məlum olmuşdur ki, yanğına səbəb kənd əhalisinin onlara məxsus torpaqlarda təmizlik işləri apararkən odla ehtiyatsız davranışı olmuşdur. Yanğın zamanı 2 hektar ərazidə qurumuş xəzəlin yanması müəyyən edilmişdir.
Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının birgə səyi nəticəsində yanğın söndürülmüşdür.
Hadisə nəticəsində Milli Parkın meşə örtüyünə ziyan dəyməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]