Şahdağda qar örtüyünün hündürlüyü 44 santimetr təşkil edib
Bakı, 2 mart, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 1-i axşamdan martın 2-si səhərədək hava şəraiti-qeyri sabit keçib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, bəzi yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda arabir güclənib.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Böyük Qafqazda 2-18, Kiçik Qafqazda 3-5, Naxçıvan Muxtar Respublikasında 0-2, Qazax-Gəncə zonasında 0-3, Bakıda və Abşeron yarımadasında, Mərkəzi Aran rayonlarında və Lənkəran-Astara bölgəsində 0-1 millimetr olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 44, Qırızda 21, Sarıbaşda 16, Kişçay, Xınalıqda 6, Daşkəsən, Göygöldə 5, Gədəbəydə 3, Quba, Qubanın dağlıq ərazilərində 3-21, Xaltanda 1 santimetr təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]