SİYASƏT
Sahibə Qafarova: İdeoloji təhlükəsizlik məsələsi Vətən müharibəsindən sonra xüsusi aktuallıq kəsb edir
Bakı, 30 sentyabr, AZƏRTAC
İdeoloji təhlükəsizlik məsələsi Vətən müharibəsindən sonra xüsusi aktuallıq kəsb edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova VII çağırış Azərbaycan parlamentinin payız sessiyasının ilk iclasında səsləndirib.
Milli Məclisin sədri bildirib: “Düşmən qüvvələr Azərbaycana qarşı təxribat xarakterli hərəkətlər törətməkdə davam edirlər. Belə qüvvələr ölkəmizi içəridən sarsıtmaq, parçalamaq niyyəti ilə hər cür vasitələrə əl atırlar”.
S.Qafarova bu səbəbdən də Milli Məclisdə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın yaradılmasının zəruriliyini qeyd edib. Onun sözlərinə görə, komissiya aktiv və preventiv xarakter daşımalıdır.