Sahil mühafizə zolağından qanunsuz qum daşıyanlar yaxalanmışlar
Bakı, 9 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları “Yerin təki haqqında” qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini araşdırmaq məqsədi ilə reyd keçirmişlər.
Departamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, reyd zamanı Pirşağı qəsəbəsindəki “Qızılqum” sanatoriyasının yaxınlığında, Xəzər dənizinin sahil mühafizə zolağında “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin 1 nömrəli yol istismar idarəsinə məxsus maşın və mexanizmlər vasitəsilə qeyri-qanuni olaraq 3 min 238 kubmetr həcmində qum qarışıq balıqqulağının qazılıb aparılması faktı aşkar edilmişdir.
Nazirliyin əməkdaşları tərəfindən qazıntı aparan maşın və mexanizmlər sahədən çıxarılmış və ərazi nəzarətə götürülmüşdür. Ətraf mühitə 17 min 780 manat məbləğində ziyan vurulması müəyyən edilmişdir. Faktla bağlı qanunauyğun tədbirlər görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]