Samux rayonunda ağacəkmə kampaniyası keçirilmişdir
Samux, 2 noyabr (AZƏRTAC). „Ekologiya” ili çərçivəsində Samux rayonu ərazisində 9 mindən artıq ağac əkilmişdir. Əsasən yol kənarlarında əkilən ağacların suvarılmasını təmin etmək üçün iki artezian quyusu qazılaraq istifadəyə verilmişdir.
Bu günlərdə rayon sakinləri kütləvi surətdə iməciliyə çıxaraq daha 3 min ədəd ağac əkmişlər. Kür çayının sağ və sol sahillərində, bu bölgənin iqliminə uyğun olan, əsasən həmişəyaşıl şam ağacları əkilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın sonunadək ağacəkmə kampaniyası davam etdiriləcəkdir. Bu müddətdə 15 min ağacın əkilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]