Samuxda ov qaydalarını pozanlara qarşı ciddi mübarizə aparılır
Samux, 4 dekabr (AZƏRTAC). Ov mövsümünün başlanması ilə əlaqədar Samux Rayon Dövlət Ovçuluq Təsərrüfatının kollektivi gücləndirilmiş iş rejiminə keçmişdir.
Təsərrüfatdan AZƏRTAC-a bildirmişlər ki, həyata keçirilən tədbirlər nəticəsində ov qaydalarının pozulması ilə bağlı 9 fakt müəyyən edilmişdir. Hüquqi və fiziki şəxslərə tətbiq olunmuş 9260 manat cərimənin 6304 manatı ödənilmiş, qalan məbləğin də ödənilməsi üçün sənədlər hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Hazırda ərazidə 500 baş ceyran, çoxlu sayda turac, sultan toyuğu, bəzgək və s. quş növləri vardır. Bu heyvan və quşların ovlanması dövlət tərəfindən qadağan edilmişdir. Əsas məqsəd kökü kəsilməkdə olan və adı “Qırmızı Kitab”a düşən bu heyvan və çöl quşlarını qorumaq, onlara silah qaldıranlara qarşı mübarizə aparmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]