Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şarm əş-Şeyxdə şahanə istirahət

Bakı, 1 aprel, AZƏRTAC

Şarm əş-Şeyx - bu gözəl söz xəyalımızda Şərq dəbdəbəsinin və qayğısız istirahətin təcəssümünü yaradır, elə deyilmi?! Xurma palmaları, nəfis minarələr, hay-küylü bazarlar, dəvə karvanları, nəhayətsiz qum təpələri... Bütün bunlar burada həqiqətən var. Amma Şarm əş-Şeyxin başlıca sərvəti, şəksiz ki, ətrafında rəngbərəng tropik balıqların üzdüyü qiymətli mərcan rifləri ilə bəzənmiş Qırmızı dənizdir. Turistlər ilin hər fəslində burada çimərlik istirahətindən zövq ala, dayvinqlə məşğul ola, dəniz gəzintisinə çıxa bilərlər. Şarm əş-Şeyxdən Qahirəyə, İsgəndəriyyəyə, Luksora, habelə qonşu ölkələrə rahat yollanmaq olar.

Biz Şarm əş-Şeyxdə istirahətin bütün kefini çıxardıq ki, yeni və faydalı məlumatı sizinlə bölüşək!

Təyyarə, viza və istedadlı misirlilər

Hazırda Bakıdan Şarm əş-Şeyxə birbaşa təyyarə reysi yoxdur və turistlər ora dolayı yollarla - İstanbul və Doha ərazilərindən tranzitlə, yaxud Tbilisidən təyyarə ilə gedirlər. Sonuncu variant daha münasib və populyardır və biz məhz bu marşrutu təcrübədən keçirmək qərarına gəldik. “Air Cairo” aviaşirkətinin Tbilisi-Şarm əş-Şeyx-Tbilisi reyslərinə biletlərin qiyməti hazırda adambaşına 327 dollardır. Bakıdan Tbilisiyə qatarla və ya avtobusla getmək olar. Başlıca məsələ aeroportda qeydiyyata gecikməmək üçün vaxtı düzgün hesablamaqdır. Təyyarə səhər saat 8:30-da havaya qalxdığına görə reysə qeydiyyat uçuşdan üç saat əvvəl başlayır. Tbilisiyə vaxtında çatmaq problem deyildir: Bakı Beynəlxalq Avtovağzalından avtobuslar bu istiqamətdə, demək olar, fasiləsiz şütüyür.

Uçuş təqribən 3,5 saat çəkir və tezliklə Şarm əş-Şeyxin dəniz və çiçəklərin rahiyəsinə bürünmüş məstedici havası başınızı gicəlləndirir. Yeri gəlmişkən, Azərbaycan vətəndaşlarına viza təyyarədən enən kimi aeroportda verilir. Əgər məzuniyyətinizi yalnız Şarm əş-Şeyxdə keçirmək istəyirsinizsə, onda pasportunuza Sinay bölgəsinin ştampını pulsuz qoyacaqlar. Bu ştampa görə, siz 15 günə qədər Sinay yarımadasında qala bilərsiniz. Amma əgər Qahirə, İsgəndəriyyə, habelə Sinay yarımadasının hüdudlarından kənarda yerləşən başqa istiqamətlərə ekskursiyalar planlaşdırırsınızsa, 30 günlük Misir vizasına görə 25 dollar ödəməlisiniz.

Vizaların rəsmiləşdirilməsi, oteldə yerləşmə, ekskursiyaların təşkili, transfer və sair məsələləri həll etmək üçün sizə bütün qayğıları öz üzərinə götürəcək yaxşı yerli turoperator seçməyi məsləhət görürük. Bu baxımdan bəxtimiz gətirdi: “Nefer Tours” turizm şirkəti səfərimizi ən yaxşı şəkildə təşkil etdi. Təyyarədən enən kimi bizi şirkətin əlində lövhə tutmuş əməkdaşı Məhəmməd Əli qarşıladı. O, pasportlarımızı alıb, bizi gözləmə salonunda oturtdu, özü isə viza almaq üçün gözdən itdi. Beş dəqiqə keçməmiş Məhəmməd Əli pasportlarımıza yapışdırılmış vizalarla yanımıza qayıtdı - bax buna əsl peşəkarlıq deyərlər!

Terminalın çıxışında bizi ”Nefer Tours” şirkətinin mikroavtobusu gözləyirdi. Yeni hamımız otelə çatana qədər bələdçi missiyasını öz üzərinə götürdü və Şarm əş-Şeyxin tarixi barədə maraqlı söhbətə başladı... Özü də rus dilində! Qeyd edim ki, Misirdə turizm sahəsinin, demək olar, bütün əməkdaşları rus dilini gözəl bilir. Bu, bizim üçün əsl yenilik oldu: ölkənin turizm rayonlarında otel işçiləri, taksi sürücüləri, mağazalarda və bazarlarda satıcılar rusca danışırlar. Diqqət yetirin ki, onların hamısı, məsələn, elə Birləşmiş Ərəb Əmirliklərində olduğu kimi MDB ölkələrindən gəlmələr deyildir, yerli sakinlərdir. Misirlilər dil öyrənmək sarıdan çox istedadlıdırlar. Onlar rus və ingilis dilləri ilə yanaşı, italyanca da bilirlər, çünki bura İtaliyadan çoxlu turist gəlir. Bax belə poliqlotdurlar.

Otellər şəhəri

Şarm əş-Şeyx Misirin Sinay yarımadasının cənub qurtaracağında yerləşən gənc şəhərdir. Kurort kimi 1981-ci ildən - Misirin o vaxtkı prezidenti Hüsni Mübarəkin təşəbbüsü ilə inkişaf etməyə başlayıb. Şarm əş-Şeyx ərəbcədən tərcümədə “şeyxin körfəzi” deməkdir. Doğrudan da təqribən 30 kilometr uzanan Şarm əş-Şeyx sahillərini Qırmızı dənizin isti suları yuyur. Əsas turizm infrastrukturu da elə burada yerləşir.

Əgər Qahirəni “minarələr şəhəri” adlandırırlarsa, Şarm əş-Şeyxi cəsarətlə “otellər şəhəri” adlandırardım. Mehmanxanalar Qırmızı dənizin bütün sahilini işğal edib. Otel kompleksləri bir-birini əvəzləyir. Burada dünyanın ən yaxşı otel brendləri təmsil olunub: “Hilton”, “Four Seasons”, “Hyatt Regency”, “Movenpick”, “Rixos”, “Marriot” və bir çox başqaları. Özü də otellərin ərazisi çox genişdir. Burada çoxsaylı mehmanxana korpusları, villalar, hovuzlar, SPA mərkəzləri, restoranlar, mağazalar, özəl çimərliklər və hətta dayvinq mərkəzləri yerləşir. Şarm əş-Şeyxdə bütün həyat otellərin ətrafında cəmləşib. Demək olar, bütün mehmanxanalar “hər şey işə salınıb” prinsipi ilə, yəni tam pansion əsasında fəaliyyət göstərir. Məqsəd qonaqlara bütün qayğılarını unutdurmaq və rahat istirahət etmələri üçün şərait yaratmaqdır. Prinsipcə, otelinizi tərk etməyə bilərsiniz, çünki ehtiyacınız olan hər şeyi onun ərazisində tapa bilərsiniz. Bununla belə, Şarm əş-Şeyx otellərində yaşama qiymətləri çox münasibdir. Özünüz düşünün: bütün imkanları olan beşulduzlu oteldə bir gecə adambaşına 30-60 dollar civarındadır.

Şarm əş-Şeyxdə birinci otelimiz “Savoy” adlanırdı. Yüksək dərəcəli yerli mehmanxana şəbəkəsi bizi öz vüsəti ilə heyrətləndirdi. Onun nəhəng abad ərazi ilə bərabər, şəhər meydanı var. Soxo adlanan bu meydan Şarm əş-Şeyxin baxmalı-görməli məkanı və gecə həyatının mərkəzidir. Burada onlarca restoran, yüzlərlə mağaza, kinoteatrlar, konsert meydanları, gecə klubları, buz meydançası, buz barı və digər əyləncə yerləri, hətta şöhrəti Şarm əş-Şeyxin hüdudlarından çox-çox uzaqlara yayılmış oxuyan fəvvarə var. Oynaq musiqinin və insanların heyrət dolu səslərinin sədaları altında bu fəvvarənin fışqırtısı təqribən 15 metrə çatır. Az qala hər axşam meydanda pulsuz şou - konsertlər, hoqqabazların və yumoristlərin çıxışları və digər maraqlı tamaşalar təşkil edilir. Soxo səhnəsində müxtəlif vaxtlarda Ani Lorak, Dima Bilan, Ruslana, Tina Karol kimi məşhurlar, tanımış Livan müğənniləri, habelə “UB40”, “Bony M” qrupları və başqaları çıxış ediblər.

Otellərin ərazilərindəki ekzotik yaşıllığı xüsusi qeyd etmək istəyirəm. Şarm əş-Şeyxin iqlimi rütubət səviyyəsi aşağı olan quru tropik iqlimdir. Bunun sayəsində istirahət edənlər rahat nəfəs alır, dəniz havası yüzlərlə çiçəkləyən ekzotik bitkinin fitonsidləri ilə zəngindir. Burada qeyri-adi bitkilər elə çoxdur ki, bəzən sənə elə gəlir ki, nəbatat bağında yaşayırsan. “Savoy” oteli ərazisində qarşımıza onlarca qəribə bitki çıxdı. Rayihə saçan çiçəkləri ətriyyatda yüksək qiymətləndirilən plümeriya və ya franjipani, pambıq ağacı, jakaranda, kallistemon, russeliya, tekoma. Bu bitkilərin adları qulağı, çiçəkləri isə gözü oxşayır. Otelin ərazisində 2 mindən çox xurma palması əkilib. Bu ağaclar öz mövsümündə - sentyabr ayında bol bəhər gətirir.

Qırmızı dənizin sərvəti

Əlbəttə, turistlər Şarm əş-Şeyxə əsasən misli-bərabəri olmayan Qırmızı dənizə görə gedirlər. Dənizin suyu təmiz və istidir, temperatur hətta qış aylarında 20 dərəcədən aşağı düşmür. Qırmızı dəniz mərcan rifləri ilə məşhurdur. Dənizin dayaz yerində hər addımbaşı rasta çıxan bu riflər özünəməxsus unikal ekosistem yaradır. Riflərdə və onların ətrafında hər cür ölçüdə al-əlvan balıqlar, molyusklar, xərçəngkimilər, dərisitikanlılar və digər orqanizmlər məskunlaşıb.

Çox ləng inkişaf edən, ətraf mühitin dəyişməsinə həssas olan mərcan rifləri dövlət tərəfindən qorunur. Şarm əş-Şeyxdə geniş çeşiddə mərcanları və digər həyat formaları ilə seçilən Ras-Məhəmməd Milli Parkı kimi bir neçə dəniz qoruğu var. Bu qoruqlara ekskursiyalar təşkil edilir. Ekskursiya zamanı rifləri və onların sakinlərini yaxşı nəzərdən keçirmək üçün akvalanqla suya dalmaq olar.

Amma bunun üçün milli parka getməmək də olar. Şarm əş-Şeyx otellərinin ərazisindəki çimərliklərin çoxu özünün mərcan lifləri ilə öyünə bilər. Bu riflərin bəziləri lap sahildən başlayır, bəzilərini görmək üçün isə estakada ilə yol getməli olursan. “Savoy” otelinin çimərliyində riflər sahildən başlayır. Nə rifləri, nə də özünü zədələməmək üçün onların üzərində gəzmək qadağandır. Axı riflər sərt və kəskindir. Bunun üçün suya ponton deyilən yüngül üzən körpü salınır. Açıq dənizə bu körpüdən keçərək getmək olar. Sonra hər şey adi çimərlikdə olduğu kimidir: suya girib rahat üzə bilərsiniz. Sualtı aləmə tamaşa etmək istəyirsinizsə, maska geyinməlisiniz, çünki Qırmızı dənizin suları çox duzlu olduğuna görə gözü acışdırır. Maskanı və digər sualtı ləvazimatı otellərin çoxunun ərazisində yerləşən dayvinq mərkəzlərində icarəyə götürə bilərsiniz.

Maska ilə üzmə, yaxud snorklinq hər kəsin istifadə edə biləcəyi maraqlı və təhlükəsiz məşğuliyyətdir. Duzlu suda səthdə qalmaq çətin deyil: kefiniz istəyən qədər uzanıb boru vasitəsilə nəfəs alırsınız və maskanın şüşəsindən mərcanların ətrafında vurnuxan çeşidbəçeşid balıq sürülərini müşahidə edirsiniz.

Sualtı səltənətə sözün əsl mənasında baş vurmaq və özünüzü əsl dalğıc hiss etmək istəyirsinizsə, dayvinqə müraciət edin. Dayvinqlə həm otelin çimərliyində, həm də qoruq ərazilərdə məşğul ola bilərsiniz.

Dayvinq və ya kapitan Kustonun izləri ilə

Şarm əş-Şeyx səfərinə qədər dayvinqi yalnız seçilmiş insanlar üçün əlçatan olan ciddi məşğuliyyət sayırdım. Əslində, elə belədir: suya müstəqil dalmaq üçün təlim keçmək, sertifikat almaq və zəruri ləvazimat əldə etmək lazımdır. Şarm əş-Şeyxdə hər kəs suya dala bilər, amma təlimatçının müşayiəti ilə. Bunun üçün isə yalnız istəyiniz və sağlam olmağınız yetər. Sualtı üzmə üçün əks-göstərişlərin siyahısı ilə istənilən dayvinq mərkəzində tanış ola bilərsiniz. Sizi ekskursiyaya götürmək üçün sağlamlıq durumunuz barədə sənədi imzalamağınızı xahiş edəcəklər.

“Nefer Tours” şirkəti bir qrup turist ilə birlikdə bizə Qırmızı dənizdə Tiran adası yaxınlığında mərcan rifləri qoruğuna ekskursiya təşkil etdi. Tiran adası dünyanın hər yerindən gəlmiş dayverlərin sevimli məkanıdır. Dayvinqlə bərabər, dəniz gəzintisini və gəmidə naharı nəzərdə tutan belə ekskursiyanın qiyməti adambaşına təqribən 45 dollardır.

Əvvəlcə ekskursiyada iştirak edən turistləri otellərdən toplayaraq, avtobusla Şarm əş-Şeyxin dəniz limanına gətirirlər. Körpüdə yalnız adları ilə seçilən eynitipli onlarca ağ yaxta lövbər salıb. Yaxtaların hər birində ikisi qapalı və biri açıq olan üç göyərtə var. Gəmiyə daxil olanda ayaqqabınızı çıxarıb yuxarıya - açıq göyərtəyə qalxmağı xahiş edirlər. Gəmi mənzil başına çatana qədər dəniz mənzərələrindən zövq ala bilərsiniz. Təlimatçı vaxt itirməmək üçün ekskursantları dayvinqin əlifbası ilə tanış edir: davranış qaydalarından danışır, təchizatı, dalma zamanı görə biləcəyiniz heyvanat və bitki növlərinin təsvir edildiyi plakatları nümayiş etdirir.

Adətən yaxta bir ekskursiya zamanı müxtəlif mərcan riflərində iki dəfə dayanır. Qrup böyükdürsə, onların bir hissəsi birinci dayanacaqda, qalan hissəsi isə ikinci dayanacaqda suya dalır. Sizin üçün münasib olan dalğıc kostyumunu, gödəkcə və lastlari təlimatçı seçir və geyinməyə kömək edir. Sonra orta göyərtənin kənarında oturaraq, maska taxıb akvalanqla suya dalacağınız vaxtı gözləyirsiniz. Akvalanqın borusunu dişlərinizlə sıxmalı və adətən burunla nəfəs aldığınızı unudub, ağzınızla nəfəs almalısınız. Bəlkə kimsə buna sürətlə alışır. Mən çətinliklə alışdım. Yaxşi ki, heç kəs tələsdirmirdi. Sonra təlimatçının işarəsi ilə suya tullanırsınız və müəyyən müddət səthdən uzaqlaşmırsınız. Təlimatçı gödəkçədə təzyiqlə müəyyən manipulyasiyalar edir və siz yavaş-yavaş suya dalırsınız. Təlimatçı ən maraqlı yerləri göstərmək üçün sizi riflərə doğru yönəldir. Bu zaman təcrübəli operator suyun altında şəklinizi və videonuzu çəkir.

Dalma prosesi 10 dəqiqədən çox çəkmir. Bu da birinci dəfə üçün yetərlidir. Elə təəssürat yaranır ki, sanki nəhəng tropik akvariumda üzürsünüz. Yalnız balıqlar böyükdür və şüşə arakəsmələr yoxdur. Yeri gəlmişkən, balıqlar insanlardan qorxmur və lap yanınıza gəlir. Amma onlara toxunmaq məsləhət deyildir. Tamaşa et, amma toxunma dayvinqin əsas qaydasıdır!

Sözardı yerinə

Şarm əş-Şeyxdə Qırmızı dənizin zəngin sualtı aləmi ilə tanış olmağın yeganə vasitəsi snorklinq və dayvinq deyildir. Əgər mərcanların və tropik balıqların əhatəsində olmaq, amma “sudan quru çıxmaq” istəyirsinizsə, onda sualtı qayıq xidmətinizdə olacaq. Dəniz həyatını müşahidə etməyin bu metodunu biz də sınaqdan keçirdik və bu barədə növbəti reportajımızda danışacağıq.

Bundan əlavə, baxmalı və görməli Köhnə bazar və Naama buxtası rayonları, səhrada kvadrosikllərlə safari barədə sizi məlumatlandıracaq, Şarm əş-Şeyxdən nə gətirmək barədə məsləhətlər verəcəyik.

Emil Eyyubov

Foto Vitali Nəzərəliyevindir

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!