Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri hadisə yerində ölüb
Şəki, 26 iyul, AZƏRTAC
Gecə saatlarında Şəkidə piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub.
Mahir Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Şahin Tahirov isə təcili tibbi yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Müxbir - Rasim İslamoğlu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:27]
Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində
- 05.10.2026 [14:18]
Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur
- 05.10.2026 [13:52]
DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək
- 05.10.2026 [12:56]
Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur
- 05.10.2026 [12:38]