Şəkili gənclər "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyada fəal iştirak ediblər
Şəki, 30 mart, Mustafa Dadaşov, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Şəki təşkilatının könüllüləri partiyanın təşəbbüsü ilə keçirilən "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyada fəal iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, partiyanın rayon təşkilatının gənc fəalları aksiya çərçivəsində köməyə ehtiyacı olan 20-dək yaşlı, ahıl insanın evlərinə baş çəkiblər. Könüllülər ahıl vətəndaşlara koronavirusdan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə tibbi ləvazimatlar və gigiyenik vasitələr çatdırıb, xəstəlikdən qorunma üsullarını izah ediblər.
Qeyd edək ki, YAP Gənclər Birliyinin təşəbbüsü ilə reallaşan sosial layihənin məqsədi əhalinin sağlamlığını daim diqqət mərkəzində saxlayan Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi profilaktik və mübarizə tədbirlərinə, həmçinin bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.