Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkiyə maraqlı səyahət, yaxud turistləri bura nə çəkib gətirir?

Bakı, 28 sentyabr, AZƏRTAC

Şəki səliqəli, memarlığı ilə fərqlənən şəhərdir. Kirəmit damlı evləri ilə Şərq yaşayış məntəqəsindən daha çox Avropanın əyalət şəhərlərini xatırladır. Söz düşmüşkən, bu diyarın qədim tarixi var. Şəhərdə çoxlu tarixi və memarlıq abidələri qalıb. Onların arasında xüsusi yeri möhtəşəm divar naxışları və pəncərə şəbəkəsi ilə diqqət çəkən əzəmətli Şəki xanlarının sarayı tutur.

Şəkililər qonaqpərvər və təbiətcə şən insanlardır. Şəki yumoru isə dillər əzbəridir. Şəhər hətta məşhur bolqar Qabrovosu ilə qardaşlaşıb. 1983-cü ildə Şəkidə Cənubi Qafqazda ilk dəfə olaraq, “Gülüş bayramı” keçirilib.

Bəlkə də nikbinliklərinə görə şəkililər heç vaxt ruhdan düşməyib. Halbuki tez-tez tarixi və təbii təlatümlərin mərkəzində olublar.

Qafqazın qədim yaşayış məskəni və kirəmit damlı evlər

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Arxeoloji tapıntılar sübut edir ki, bu şəhər, eyni zamanda, Qafqazın ən qədim yaşayış məskənlərindən biri hesab edilə bilər. Onun ərazisindəki əksər arxeoloji tapıntıların 2500 ildən çox yaşı var. Şəki barədə bir çox qədim yunan tarixçiləri, cümlədən Böyük Plini (eramızdan əvvəl I əsr), Klavdi Ptolomey (eramızdan əvvəl II əsr) və Strabon yazıb. Belə bir ehtimal var ki, şəhərin adı eramızdan əvvəl VII əsrdə Azərbaycan ərazisində kök salan və bir neçə əsr burada yaşayan sak etnonimi ilə bağlıdır. Amma uzun müddət şəhər həm də Nuxa adlanıb.

Qafqaz sıra dağlarının ətəklərində yerləşən Şəkinin təbiəti son dərəcə füsunkardır. Onu meşəli dağlar və dərələr, Qurcanaçay və Dəyirmanarx çayları əhatə edir. Şəhər ərazisi bu çaylar boyunca uzanır, dağ peyzajı isə sanki fon təsiri bağışlayır.

Maraqlıdır ki, 1772-ci ildə Kiş çayı daşaraq şəhəri yuyub-aparıb. Bu çay indi də daşqın mövsümündə sakit qalmır. Yaşlı nəsil hələ 1986-cı ildə çayın gur sularının böyük dəmir körpünü qabağına necə qatıb apardığını xatırlayır. Körpünün əyilib-bükülmüş qalıqları o həyəcanlı günləri indi də xatırladır.

Yeni şəhər böyük ərazini tutaraq üç tərəfdən Qafqaz sıra dağları ilə əhatə olunub. Şərqdən qərbə doğru axan Qurcanaçay Şəkini iki hissəyə bölür. Ticarət mərkəzinin yaranması ilə şəhər çayın bir tərəfi boyunca inkişaf edib.

Təbii landşaft həmişə şəhərin fərdi memarlıq simasını yaratmaq imkanı verib. Məhz buna görə də Şəki bənzərsiz memarlığı ilə fərqlənir. Hələ orta əsrlərdə bu şəhərdə saxsı borularla su kəməri çəkilib.

Bu gün Şəki yaşıllıqlar arasından görünən evləri və memarlıq tikililəri ilə mənzərəli massivdir. Demək olar ki, hər ev bağla və çay daşından hörülmüş hasarla əhatələnib. Şəkidəki evlərin digər fərqləndirici xüsusiyyəti bişmiş gildən düzəldilmiş qırmızı kirəmitli damlarıdır. Zamanla bəzi damların rəngi qaralıb, lakin keramika davamlı materialdır. 20-30 ildə bir dəfə kirəmiti söküb yumaq kifayətdir - elə bil dama təzə vurulub.

Şəkinin daha bir xüsusiyyəti dərhal gözə çarpan səliqə-sahmanıdır. Küçələr həmişə tər-təmiz olur. Bəzən digər əyalət şəhərlərində müşahidə olunan səliqəsizliyi burada əsla görməzsən.

Müştaqın sarayı və Heyerdalın fərziyyəsi

Şəkinin vizit kartı “Müştaq” təxəllüsü ilə şeirlər yazmış Hüseyn xanın 1762-ci ildə inşa etdirdiyi, memarlığına görə unikal Xan sarayıdır.

Xan sarayının orijinal inşa üsulları var. Hər kvadratmetr şəbəkənin 5 min detaldan ibarət olduğunu, onların bir-birinə mismarsız birləşdirildiyini qeyd etmək kifayətdir. Sarayda bir çox xalq tətbiqi sənəti növləri sintezləşdirilib. XVIII-XIX əsrlərə aid divar naxışları bu qəbildəndir.

Şəki xanlarının sarayının yaylaq evi olmasını çox az adam bilir. Qış sarayı isə, böyük ehtimalla, qala içərisindəki tikililərin arasında olub və günümüzə gəlib çatmayıb.

Sarayın ikinci mərtəbəsində, tavandakı təsvirdə ustad Abbasqulunun adı yazılan kitabə var. Güman ki, sarayın memarı həmin şəxs olub.

XVIII əsrdə tikilmiş və bu yaxınlarda bərpa olunmuş düzbucaqlı ikimərtəbəli binanı da eyni ustaya aid edirlər. Binanın hər mərtəbəsi üç otaq və iki kiçik dəhlizdən ibarətdir. Otaqlar da Şəki xan sarayında olduğu kimi, naxışlı divarlar və rəngli şəbəkə ilə bəzədilib.

Lakin Şəkinin ən qədim və yaxşı qalmış memarlıq abidələrindən biri Kiş kəndindəki Alban məbədidir. Məbədin təməli eramızın I əsrində qoyulub. O zamanlar Azərbaycan ərazisi Qafqaz Albaniyasının bir hissəsi idi. Məbəd Qafqaz Albaniyasında geniş yayılan köhnə ibadətgahın - Ay məbədinin qədim təməli üzərində inşa edilib. Norveçli tədqiqatçıların iştirakı ilə aparılan arxeoloji qazıntılar Kiş kəndində yerləşən məbədin “Şərq kilsələrinin anası” olduğunu göstərir. VII əsr tarixçi Moisey Kalankatlının “Albaniya tarixi” əsərində bu kilsədən bəhs edilib.

2008-ci ildə Kiş kəndindəki Alban məbədinin qarşısında Tur Heyerdalın büstü ucaldılıb. Əfsanəvi Norveç səyyahı və antropoloq alimi dəfələrlə Şəkidə olub və qafqazlıların vikinqlərin əcdadları olması haqqında sensasiyalı nəzəriyyəsinə sübutlar axtarıb. Azərbaycana dörd səfərindən, arxivlərdə və qazıntı yerlərində gərgin işlərdən sonra Tur Heyerdal bu nəticəyə gəlib ki, Avropa Xəzər dənizinin cənub-qərb sahillərindən və Qafqazın cənub ətəklərindən başlayıb. “Odinin axtarışı. Keçmişimizin izi ilə” adlı son kitabında T.Heyerdal yazır ki, 1981-ci ildə Azərbaycana ilk səfərindən sonra eramızın əvvəllərində Pompeyin legionerlərlərindən yadigar qalan Qobustandakı qədim qayaüstü yazılardan təsirlənib. Qayaüstü təsvirlərdəki gəmilərlə qədim vikinqlərin gəmiləri arasında bənzərlik olduğunu aşkarlayan alim bu nəticəyə gəlib ki, bugünkü norveçlilərin əcdadları Qərbə səyahətlərini məhz buradan başlayıblar. Antropoloq alim tarixi sənədlərdə ölkənin yerini də tapıb: “Qafqazdan və Qara dənizdən şərqə”. Bununla da Heyerdal norveçlilərin ilk hökmdarı Odinin “Azər” adlanan torpaqdan gəlməsi haqqında vətənində geniş yayılan əfsanəni təsdiqləyib.

Şəkinin Kiş kəndindəki qədim məbəd Heyerdalı heyrətə gətirib. Arxeoloqların fikrincə, təməli eramızdan əvvəl IV əsrdə qoyulan Ay məbədi öz memarlığı ilə vikinqlərin ibadətgahlarını xatırladır.

Hacı Çələbi əfsanəsi və ağzının dadını bilənlər üçün təamlar

Şəkinin ən məşhur tarixi yerlərindən biri “Gələrsən-görərsən” qalasıdır. Qala strateji cəhətdən əlverişli ərazidə, şəhərdən təxminən 4 kilometr şimalda, Kiş çayının sol sahilində, Qaratəpə dağının zirvəsində yerləşir. Ehtimallara görə, qalanın təməli XV əsrdə Şəki hakimi Əlican tərəfindən qoyulub.

Qalanın adı Nadir şahın Şəki xanlığına təcavüzü ilə bağlıdır. 1743-cü ildə özünü Şəki xanı elan edən Hacı Çələbi həmin qalaya sığınıb və Nadir şahın tələblərini rədd edib. Şaha “gələrsən-görərsən” ismarışı yollayan Hacı Çələbini cəzalandırmaq üçün 1744-ci ildə Nadir şah böyük bir ordu ilə Şəkiyə gəlib. Lakin qalanı fəth edə bilməyərək geri qayıdıb. Bu hadisədən sonra qala xalq arasında “Gələrsən-görərsən” adlandırılıb.

“Gələrsən-görərsən” qalası bu gün Şəkiyə gələn bütün turistlərin baş çəkdiyi yerdir.

Şəkidə təkəlduz tikmə sənəti hələ də qalmaqdadır. Bir vaxtlar burada səfərdə olan ata-Dümanın təkəlduzla bağlı belə bir qeydi var: “24 rubla iki naxışlı yəhər aldım. Fransada onları hətta 2 min franka ala bilməzsən, daha doğrusu, onları heç bir qiymətə tapa bilməzsən”.

Girdə çərçivə içində toxuma üsulu olan təkəlduz incə və böyük vaxt tələb edən sənətdir. Bəzən bir təkəlduzun hazırlanması üç-dörd ay çəkir. Tikmədə ipək sapdan istifadə edilib. Maraqlıdır ki, XIX əsrin sonunda Şəkidə bu sənətlə yalnız kişilər məşğul olub. Bu gün isə təkəlduz əsasən qadınların məşğuliyyətidir. Yeri gəlmişkən, Şəki Xalq Tətbiqi Sənəti muzeyində Azərbaycan sənətkarlarının unikal tikmə kolleksiyası ilə tanış olmaq mümkündür.

Bir çox turist soraq kitabçalarında Şəkinin Azərbaycanın qastronomiya paytaxtı adlandırlması təsadüfi deyil. Bu qədim diyar ağızda əriyən məşhur paxlavanın və aromatik zənginliyi ilə seçilən pitinin vətənidir. Azərbaycanın milli yeməyi olan, xüsusi saxsı qablarda bişirilən Şəki pitisini bir dəfə dadan onu həmişəlik yadında saxlayır.

Şəki qədim yerdir və hər tarixi dövr burada öz izlərini qoyub. Böyük İpək Yolunun üstündə yerləşən şəhər Şərqlə Qərbin kəsişmə yeri olub. Sevindirici haldır ki, iki mədəniyyətin birləşməsinin bu gün, XXI əsrdə də davam edir.

Emil Eyyubov

Məxsusi AZƏRTAC üçün

Foto: Şahin Mürşüdlü, www.goldenbook.az 

Layihə haqqında

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan regionları üzrə turist bələdçi kitabçalarının tərtibi layihəsi çərçivəsində jurnalist fotoqrafla birgə Azərbaycanın bir sıra iri bölgələrini gəzib-dolaşıb. Məqsəd turistləri bu yerlərin bitib-tükənməz potensialı ilə tanış etməkdir.

Hazırda Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Masallı və Mingəçevirə dair bir neçə dildə bələdçi kitabçaları nəşr edilib. Şəki, Gəncə, Şəmkir, Şamaxı və Azərbaycanın digər şəhər və regionları haqqında turist bələdçi kitabçaları isə çapa hazırlanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub