Şəmkir rayonunda keçmiş məhkum həm yerlisinin avtomobilini oğurlayıb
Bakı, 2 fevral, AZƏRTAC
Şəmkir rayonunda keçmiş məhkum həm yerlisinin avtomobilini oğurlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Şəmkir Rayon Polis Şöbəsinə müraciət edən Əliyaqublu kənd sakini A.Məhərrəmov fevralın 1-də kənd ərazisindən “VAZ-21099” markalı avtomobilinin qaçırıldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş H.Əliyev müəyyən edilərək Könüllü kəndi ərazisində avtomobillə birlikdə saxlanılıb.
Hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]