SƏRBƏST GÜLƏŞ ÜZRƏ MUXTAR RESPUBLİKA BİRİNCİLİYİNƏ START VERİLMİŞDİR
Naxçıvan, 5 may (AZƏRTAC). Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə sərbəst güləş üzrə muxtar respublika birinciliyinə start verilmişdir. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi və Güləş Federasiyasının birgə keçirdiyi yarışda Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra muxtar respublikanın Güləş Federasiyasının sədri Azər Zeynalov çıxış edərək, ölkədə idmana göstərilən qayğıdan danışmış və bu yarışın əhəmiyyətini vurğulamışdır. Qeyd olunmuşdur ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra həyatımızın digər sahələri ilə yanaşı, idmanın inkişafı da diqqət mərkəzində saxlanılan əsas məsələlərdən birinə çevrildi.
Bu gün muxtar respublikada idmanın inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir, idmanın maddi-texniki bazası möhkəmləndirilir, yeni idman qurğuları, şahmat məktəbləri, futbol meydançaları tikilib istifadəyə verilir.
Sonra yarışa start verilmişdir. 5 komanda arasında təşkil olunan yarışda idmançılar 10 çəki dərəcəsində güclərini sınayırlar. Qeyd edək ki, 1992-94-cü il təvəllüdlü idmançılar arasında keçirilən yarış 2 gün davam edəcəkdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]