Sərbəst güləşçilərimiz Belarusda iki medal qazanıblar
Bakı, 20 fevral, AZƏRTAC
Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 46-cı beynəlxalq Qran-pri turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə iştirak edən sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri 1 qızıl və 1 gümüş medala sahib olublar.
Turnirdə 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev ardıcıl olaraq Rusiya, Macarıstan, Almaniyadan olan rəqiblərinə qalib gəlib. Yarımfinalda London Olimpiadasının bürünc medalçısı Dato Marsaqaşvilidən üstün olan güləşçimiz finala yüksəlib. N.Hacıyev finalda ABŞ təmsilçisini də məğlub edərək turnirin qızıl medalını qazanıb.
Səid Həmidov (125 kq) Özbəkistan, Qazaxıstan və Almaniyadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Finalda Gürcüstan təmsilçisinə uduzaraq turnirin gümüş medalına yiyələnib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]