Serbiya - Azərbaycan oyununun ilk hissəsində 1:1 hesabı qeydə alınıb
Bakı, 12 oktyabr, AZƏRTAC
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Belqraddakı “Rayko Mitiç” stadionunda keçirilən Serbiya-Azərbaycan oyununun ilk hissəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Belçikadan olan hakimlər briqadasının idarə etdiyi oyunda hesabı meydan sahibləri açıblar. Matçın 30-cu dəqiqəsində Duşan Vlahoviç penaltidən fərqlənib. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Emin Mahmudov tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.
Bu komandaların Bakıdakı oyununda Serbiya 2:1 hesabı ilə qalib gəlib. Hazırda 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu - beşinci pillədə qərarlaşıb. Serbiya isə 14 xalla hələlik qrup lideridir.