Serbiya-Azərbaycan oyununun hakimləri müəyyənləşib
Bakı, 10 oktyabr, AZƏRTAC
Serbiya və Azərbaycan milli komandaları arasında keçiriləcək futbol üzrə dünya çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Belçikadan olan hakimlər briqadasına həvalə edilib. Matçın baş hakimi Erik Lambrexts olacaq. Ona Rien Vanizer və Jo De Vayrdt kömək edəcəklər. Dördüncü hakim funksiyasını Natan Verboomen yerinə yetirəcək. Laurens Visser VAR hakimi olacaq.
Danimarkalı Yorn Vest Larsen hakim-inspektor, rumıniyalı Feliks Qriqore FIFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 12-də Belqraddakı Rayko Mitiç stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]