SƏRHƏDLƏRİN MÜHAFİZƏSİ ÜÇÜN
AZƏRTAC xəbər verir ki, respublikamızın cənub sərhədlərinin mühafizəsi üçün Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti zəruri texniki avadanlıqla təmin olunmuşdur. Müasir cihazlar Azərbaycanın hüquq mühafizə orqanlarına BMT-nin İnkişaf Proqramı ilə imzalanmış sənədlərə əsasən verilmişdir. Həmin avadanlıq vasitəsilə artıq bir sıra tədbirlər həyata keçirilmişdir.