Şirvanda yaşayış binasında baş verən yanğın söndürülüb YENİLƏNİB




Şirvan, 17 iyun, Aydın Yavərzadə AZƏRTAC
Şirvan şəhər ərazisində yerləşən ikimərtəbəli çoxmənzilli yaşayış binasında baş verən yanğın söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın yaşayış binasının dam hissəsində başlayıb. Qısa müddət ərzində alov güclənib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Dövlət Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı yaşayış binası yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
00:24
Şirvan şəhər ərazisində yerləşən ikimərtəbəli çoxmənzilli yaşayış binasında yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan şəhər G.Şıxbalaoğlu küçəsində yerləşən binada baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib, lazımi tədbirlər davam etdirilir.