SOSİSKA VƏ VETÇİNA MƏDƏDƏ XƏRÇƏNG XƏSTƏLİYİ ƏMƏLƏ GƏTİRİR
Stokholmdakı Karolinska İnstitutunun alimləri bu mövzuya həsr olunmuş 15 tədqiqatın nəticələrini araşdırmışlar. Tədqiqatlarda 4704 nəfər iştirak etmişdir.
Məlum olmuşdur ki, emal edilmiş ət məhsulları istehlakının gündə 30 qram artırılması mədə xərçənginin inkişafı riskini 15-38 faiz yüksəldir.
Tədqiqatın rəhbəri Süzanna Larsson demişdir: “Əldə etdiyimiz nəticələr emal olunmuş ət məhsulları istehlakının artırılması ilə mədə xərçəngi arasında qarşılıqlı əlaqəni çox dəqiq göstərir”.
Alimlərin fikrincə, yüksək xərçəng riski bu məhsullara nitratlar əlavə edilməsi, yaxud ət hisdə qurudularkən əmələ gələn toksik maddələrin təsiri ilə bağlıdır.
Mədə xərçəngi kifayət qədər tez-tez rast gəlinən xəstəlikdir. Statistikaya görə, o, onkoloji xəstəliklər arasında yayılma səviyyəsinə görə dördüncü yeri və onkoloji xəstələrin ölümünün səbəbləri arasında ikinci yeri tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]