Azərbaycan Dövlət İnformasiya Agentliyi

Stanislav Tarasov Qarabağı Ermənistanın tərkibində “saxlamışdır”

Bakı, 18 iyul (AZƏRTAC). Əgər insan bir işi görə bilmirsə və ya çox pis görürsə, yaxşısı budur həmin işlə məşğul olmasın. Bu, REGNUM informasiya agentliyinin daimi yazarlarından biri olan Stanislav Tarasova da aiddir. Öz keçmiş vətəni Azərbaycan haqqında cəfəngiyat yazmaqdan əl çəkməyən bu adam indi Azərbaycan tarixi ilə məşğul olmaq qərarına gəlmişdir, özü də tarix elmi üçün tamamilə gülünc olan “əhvalat belə olmuşdu” manerasında.

Yeri gəlmişkən, tarix indi az qala hər kəsin burnunu soxduğu siyasi demaqogiya deyil, elmdir. Tarix özbaşına interpretasiyaları qəbul etmir, o, mənbələrdən irəli gələn ciddi faktlara əsaslanır. Mənbə yoxdursa, deməli, fakt da yoxdur. Əgər fakt yoxdursa, bu artıq tarix deyil, fərziyyə olacaqdır.

Tarasov bu dəfə Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyevi və “Washinqton Post” qəzetinin Moskva müxbiri Uil İnqlandı “mühakimə etmək” qərarına gəlmişdir (http://regnum.ru/news/polit/1426214.html). 

Tarasov 1918-1920-ci illərdə müstəqil mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətini “qondarma qurum” adlandırmışdır. Biz onun bu qeydini şərh etməyəcəyik.

Qarabağ ərazisini “mübahisəli” adlandıran Tarasov bu fikri beynəlxalq ictimaiyyətə şamil etmişdir. Əslində isə 1918-1920-ci illərdə Qarabağ heç də mübahisəli olmamışdır, onun AXC-yə mənsub olmasını nəinki müttəfiqlər, hətta Ermənistan özü də tanımışdı. Qarabağ Erməni Milli Şurasının yeddinci qurultayı bu vilayəti Azərbaycanın tərkib hissəsi kimi tanımış və 1919-cu il avqustun 22-də Qarabağın AXC dövlətinə daxil olması haqqında AXC hökuməti ilə saziş imzalamışdır. AXC hökuməti tərəfindən təyin edilmiş və britaniyalılar tərəfindən təsdiq olunmuş Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov bu regionun formal rəhbəri olmaqla yanaşı, həm də bütün Qarabağ üzərində faktiki, real nəzarəti həyata keçirirdi. General Tomsonun məsləhəti ilə Qarabağın AXC tərkibinə daxil olması digər müttəfiqlər tərəfindən də bəyənilmiş və tanınmışdı.

Lakin Ermənistan hökuməti Qarabağı ələ keçirmək ümidini üzmürdü, hərçənd, Yerevandakı rəsmilər dəfələrlə açıq etiraf etmişdilər ki, onlar bu bölgəyə istər faktiki, istərsə də formal nəzarət etməmişlər. Üstəlik, Yerevanın nəzarəti hətta Ermənistana daha yaxın olan Zəngəzura da şamil edilmirdi. 1918-ci ilin yayında Zəngəzurda səngər qurmuş başkəsən və fərari erməni Andranik yerli müsəlmanlara (azərbaycanlılara) qarşı qırğına başlayanda general Xəlil Paşa Ermənistan hökumətini hədələmişdi ki, onlara qarşı qisas aksiyası keçiriləcəkdir. Bunun cavabında Ermənistanın baş naziri Kaçaznuni bildirmişdir ki, onun hökuməti bütün regiona, o cümlədən banditlərə nəzarət etmir. O, Xəlil Paşaya xatırlatmışdı ki, bütün Yelizavetpol quberniyasının (o cümlədən Zəngəzurun və Qarabağın) AXC tərkibinə daxil olmasını bəyan etmiş Nuru Paşa Ermənistanın Zəngəzura daxil olmasını qadağan etmişdi və deməli Yerevan bu dağlıq regiona nəzarət etmirdi. Yerevanın Qarabağa nəzarət etməsi barədə isə heç söhbət də ola bilməzdi (bax: Richard G. Hovannisian. The Republic of Armenia: The first year, 1918-1919. University of California Press, 1971., pp. 87-88). Hətta Andranik də Zəngəzurdan Qarabağa tərəf irəliləyə bilməmiş və britaniyalılar onu Avdallar kəndinin yaxınlığında saxlayaraq Qarabağ istiqamətində hərəkətini dayandırmasını tapşırmışdılar.

1918-ci ilin noyabr ayında Kaçaznuni hökuməti Qarabağın Ermənistanın tabeliyinə verilməsinə nail olmağa cəhd göstərmiş, bu məsələdə Gürcüstanın dəstəyindən istifadə etməyə çalışmışdı. Mdivani buna cavab olaraq bildirmişdi ki, Tiflis özünün Avropadakı əlaqələrindən istifadə edərək Qərb torpaqları (Türkiyə ərazisində) ilə əlaqədar Ermənistana bir növ kömək edə bilərdi, lakin Azərbaycanla əlaqədar hər şey xeyli mürəkkəb olacaqdır (Ibid., с. 99). Ermənistan nəinki Qarabağa, hətta Zəngəzura da əsla nəzarət etmirdi, halbuki Şuşada əyləşən general-qubernator Sultanov Qarabağa tam nəzarət edir.

Raffi Ovanisyanın “İrs” partiyasının liderlərindən birinin atası, tarixçi Riçard Ovanisyan öz kitabında yazır: “Qonşu Zəngəzur və Loridə xarici şirkətlərin mis mədənləri vardı, lakin onlar Ermənistan üçün faydasız idi, çünki bu mədənlər ya su altında qalmış, ya da Ermənistanın yurisdiksiyasından kənarda yerləşirdi” (Ibid., с. 131).

1919-cu ilin əvvəlində britaniyalılar Şəruru və Naxçıvanı Ermənistanın yurisdiksiyasından çıxaranda bu ölkənin xarici işlər naziri Tiqranyan Ermənistanın Parisdəki nümayəndə heyətinə aşağıdakı məzmunda məktub göndərmişdi: “Şərur və Naxçıvan da bizim əlimizdən (müvəqqəti də olsa) alınmış və Qars kimi Britaniya Hərbi Qubernatorluğuna çevrilmişdir. Hətta sərhədin bizə aid hissəsində yerləşən Vedibasar hüdudlarından kənarda qoşun saxlamaq hüququmuzu da məhdudlaşdırmışlar. Qarabağ Britaniyanın nəzarəti altında Azərbaycan general-qubernatorluğuna birləşdirilmişdir” (Vratzian, Hanrapetutiun, pp. 219-220; Rep. of Armenia Archives, File 3/3).

Tarasov həqiqətdən uzaqdır, o yazır ki, 1920-ci ilin baharında Qarabağ guya daşnak Ermənistanın nəzarəti altında olmuşdur. Həqiqətən 1920-ci il martın 20-də Qarabağ erməniləri silahlı qiyam qaldırmış, AXC-nin Xankəndindəki qarnizonlarına hücum etmiş və öz evlərində sakitcə Novruz bayramını qeyd edən Azərbaycan kəndlilərini qılıncdan keçirmişdilər. Hətta “Ermənistanın nəzarətində olan” Xankəndində AXC-nin hökumət qarnizonlarının dislokasiya edilməsi faktı da Tarasovu çəkindirmir. Ermənilərin Şuşa üzərinə hücumu uğursuzluqla nəticələnmiş və tezliklə bu qiyam tamamilə yatırılmışdı. Belə bir fikir mövcuddur ki, həmin qiyam sovet Rusiyası tərəfindən qurulmuşdu. Məqsəd AXC-ni bu üsyanı yatırmaq üçün öz qoşunlarını Qarabağa yeritməyə və bununla da şimal cəbhəsini zəiflətməyə məcbur etmək idi. Bu halda AXC ilə sərhəddə dayanan XI Qızıl Ordu dərhal həmin fürsətdən istifadə edəcəkdi.

Odur ki, Qarabağ heç vaxt “mübahisəli ərazi” olmamışdır. Hətta daşnak Ermənistanın özü də etiraf edirdi ki, 1918-1920-ci illərdə Qarabağ AXC-nin tərkibinə daxil olmuşdur. Daşnak Ermənistanın Qarabağı ələ keçirmək üçün bütün cəhdləri puç olmuşdur. Bunu hətta Levon Ter-Petrosyan da “Moskovskiye Novosti” nəşrinə verdiyi müsahibəsində etiraf etmişdir: “Burada sərhədləri ilk dəfə SSRİ deyil, 1918-ci ildə ingilislər cızmışlar. O vaxt Zaqafqaziyanın 3 dövləti Rusiyadan ayrılmışdı. İngiltərə Ermənistanın, Azərbaycanın və Gürcüstanın sərhədlərini qeyd etmişdir. O vaxt Ermənistanın sahəsi 55 min kv.km idi. Azərbaycanın da ərazisi təqribən bu qədər idi. O vaxt Qarabağ Ermənistana daxil deyildi. Naxçıvan formal baxımdan Ermənistana daxil idi. Lakin faktiki olaraq Ermənistan oraya nəzarət etmirdi” (http://www.mn.ru/newspaper_zoom/20110623/302712754.html).

Tarasov özü-özünə zidd çıxır. Əvvəlcə o yazır ki, Moskva Yerevana Qarabağın Ermənistan tərkibində saxlanacağını vəd etmişdi, sonra isə elə özü Qafqaz bürosunun Qarabağın Ermənistanın tərkibində SAXLANMASI barədə qərarından sitat gətirir. Moskva Qarabağın Ermənistanın tərkibində saxlanmasını vəd etməmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, tarix faktlara əsaslanır. Faktlar isə mənbələrdən irəli gəlir. Mənbələr yoxdursa, faktlar da yoxdur. Faktlar yoxdursa, tarix də yoxdur. Əgər Tarasov bolşeviklərin Qarabağı Ermənistanın tərkibində saxlamağı vəd etməsindən bəhs olunan mənbə göstərə bilərsə (o isə bunu edə bilməz, biz bunu bilirik!), bu halda ona yalnız bir məsləhətimiz var, qoy siyasi demaqogiya ilə məşğul olmaqda davam etsin, amma minimal təsəvvürə malik olduğu tarix elminə burnunu soxmasın.

Ümid edirik ki, ona bir şey də aydındır: 1921-ci ildə Qarabağın Stalin tərəfindən Ermənistandan alınıb Azərbaycana verilməsi haqqında təbliğat tezisini təsdiq edən sənəd yoxdur və heç vaxt olmamışdır. Əgər bütün yuxarıda deyilənlərdən sonra o yenə hesab edirsə ki, Uil İnqland öz məqaləsində heç bir təhrifə yol verməmişdir, onda onun işi ağırdır...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb