Azərbaycan Dövlət İnformasiya Agentliyi

“STEAM İnnovasiya Mərkəzi” yeni ideyalar platformasının formalaşmasına xidmət edəcək

“STEAM İnnovasiya Mərkəzi” yeni ideyalar platformasının formalaşmasına xidmət edəcək

Bakı, 5 yanvar, AZƏRTAC

2023-cü ilin ilk iş həftəsinin birinci günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “STEAM İnnovasiya Mərkəzi”nin açılışında iştirak ediblər. Hesab edirəm ki, bu, mühüm təhsil və elm hadisəsi olmaqla yanaşı, müasir innovasiyalara, dünyada elm və təhsil tutumlu ölkələrdə tətbiq olunan təhsil yeniliklərinə ölkəmizin nə qədər açıq olmasının göstəricisidir. İstifadəyə verilən "STEAM İnnovasiya Mərkəzi" kifayət qədər böyük hədəfləri və geniş istifadəçini qarşılamaq imkanında olacaq. Mərkəzdə həm məktəbyaşlı uşaqlar, həm də tələbələrin istifadəsi üçün kifayət qədər geniş imkanlar var.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

Onun sözlərinə görə, mərkəz müasir dünyanın yeni yaradıcı peşə və ixtisaslarına yiyələnməyə, təkmilləşdirməyə, gələcək ixtisaslarını müəyyənləşdirməyə imkan yaratmaqla bərabər, həm də beynəlxalq reallıqları nəzərə alınmaqla yüksəkixtisaslı kadr hazırlığı istiqamətində mütəxəssis yetişməsinə hədəflənmiş çox vacib təhsil və tədris mərkəzidir: "Artıq bir neçə ildir Heydər Əliyev Mərkəzinin və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə STEAM layihəsi reallaşmağa başlayıb. Bu çərçivədə ayrı-ayrı məktəblərdə STEAM sinifləri istifadəyə verilib, regionlarda STEAM mərkəzləri uğurla fəaliyyət göstərir və bu istiqamətdə işlər genişlənməkdə davam edir. Bakıda məhz "STEAM İnnovasiya Mərkəzi"nin fəaliyyət göstərməsi elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində multidissiplinar müstəvidə və fənlərarası münasibətlər kontekstində yeni ideyalar platformasının formalaşmasına xidmət edəcək. Ümumiyyətlə, STEM hərəkatının vüsət alması Azərbaycanın beynəlxalq təhsil və elm məkanına inteqrasiyada nə qədər ardıcıl və məqsədli olmasını göstərir. STEAM fərqli elmi biliklərin sintezi və inteqrasiyası ideyalarının üzərində formalaşıb. Bildiyimiz kimi, fənlərarası münasibətlər və yeni biliklər yaradıcılığında yeni yanaşmalara ehtiyac yaranmışdır. Fənlərarası proqramlar ənənəvi fənlərin mühüm problemi həll etmək iqtidarında olmadığı və ya istəmədiyi ümumi inamdan qaynaqlanır. STEAM bu gün dünyada həddən artıq ixtisaslaşma və təcridin zərərli təsirlərinə qarşı vasitə kimi özünü göstərir.

Nazir Emin Əmrullayev də açılışda qeyd etdi ki, STEAM sayəsində spesifik, real dünya problemləri üzərində qısa müddətdə birlikdə işləyən multidissiplinar komandalar formalaşacaq. Artıq təhsildə öyrətmə tamam fərqli bir yanaşmalar üzərində qurulub. Mərkəzin açılışını ölkəmiz adına, təhsilimiz adına çox vacib hadisə kimi xarakterizə edirəm".

İlqar Orucov hesab edir ki, Azərbaycanda bu istiqamətdə görülən işlər ölkə başçısının Azərbaycanı hər zaman təhsilli və elmtutumlu ölkə olaraq görmək istəyinin nəticəsidir: "Prezident İlham Əliyev çıxışında da qeyd edib ki, layihə bu istiqamətdə görülən işlərin davamıdır. STEAM platforması gələcəkdə həm də rəqəmsal əmək bazarı üçün müasir kadr hazırlığına imkan yaradır. Bu, sürətlə dəyişən dünyada insan kapitalının formalaşmasına önəm verilməsindən irəli gəlir. Fənlərarası əlaqələrlə yanaşı, STEAM mərkəzlərinin inkişafı olduqca vacibdir. STEAM Azərbaycanda yeni insan modelinin yaradılmasına, əmək bazarı üçün yeni biliklərə və innovasiyalara söykənə biləcək komandaların formalaşmasına təsir göstərir. STEAM XXI əsr bacarıqlarını özündə əks etdirən yeni nəslin formalaşmasına hədəflənib və burada ən vacib məqamlardan biri kimi müxtəlif yaş kateqoriyalarından olan insanların vahid komandalarda birləşərək birgə iş qurmaq, yeni ideyalar üzərində işləmək və düşünmək bacarığını inkişaf etdirməkdir. İnkişaf etmiş ölkələrdə məhz bu istiqamətdə kifayət qədər yaxşı təcrübələr mövcuddur. Məhz bu baxımdan ölkəmizdə də yeni texnologiyaları mənimsəmək, tətbiq etmək, onlardan istifadə edərək yeni reallıqlar üzərində düşünmək istiqamətində insanları formalaşdırmaq lazımdır. Burada yeni metodlar vasitəsilə beyin məhsullarının ortaya qoyula bilməsi, yeni nəsli gələcəyin mütəxəssisləri olaraq insanları formalaşdırmaqdan söhbət gedir. İntellektual mühitin bir hissəsi olan STEAM mərkəzləri fənn münasibətlərinin öyrənilməsi, müxtəlif fənlərin birgə tətbiqi nəticəsində yeni elmi innovativ məhsulların ortaya gəlməsində insanların düşünməsinə şərait yaradır. Bu, həm də fənlərarası münasibətlər və yeni yanaşmalara yaranan ehtiyacdan qaynaqlanır".

İ.Orucovun fikrincə, mərkəz sayəsində həm şagirdlərin, həm də tələbələrin müasir dünyanın yeni innovasiyalara əsaslanan elmi-texnoloji məhsul olaraq STEAM məhsulları üzərində işləmək bacarıqlarını artırmaq mümkün olacaq: "Dünyada xeyli sayda peşə və ixtisas mövcuddur. Müasir peşə və ixtisasların təbliği baxımından da bu fənlərarası əlaqələrin dinamikasının yaranması zərurəti var. Yeni yaradılmış mərkəz şagirdlərin, bütövlükdə yetişməkdə olan nəslin onların potensialını və maraqlarını məhz cəmiyyət naminə işə yönəltməyə, onları həm də yeni üsullarla öyrənməyə, həvəsləndirməyə xidmət edəcək.

Müasir dövrdə ölkənin sosial iqtisadi inkişafında bütövlükdə təhsilin və elmin payının artırılması STEAM tədris üsulundan istifadəyə əsaslanmalıdır. Yeni peşələr yeni səriştələr və bacarıqlar tələb etdiyi üçün yeni bacarıqlara dair biliklərin vaxtında verilməsi problemini aradan qaldırmağa və tədris proseslərinə innovativ düşüncənin inteqrasiyasına məhz STEAM birbaşa təsir imkanına malikdir. Gənc nəslin yeni baxışlarının və ideyalarının formalaşması və onların realizə edilməsinə önəm verilməsi, bu istiqamətdə beynəlxalq trendlərin nəzərə alınması dövlətin yeni tədris üsullarına açıqlığının göstəricisidir. Bu, həm də ölkəmizdə insan kapitalının inkişafı kontekstində beynəlxalq rəqabət mühitində öz imkanlarımızı genişləndirməyimizə imkan yaradacaq".

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qara dənizdə gəmidə yanğın olub, 7 nəfərin axtarışı aparılır

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNƏCƏK

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan  REPORTAJ  VİDEO

Torpağın bərəkəti zəhmətdən, məhsulun taleyi sudan asılıdır – Culfadan REPORTAJ VİDEO

İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik

“Vüqar Həşimov” və “Odlar Yurdu” şahmat klubları Avropa Kubokunda çıxış edəcək

Ləman İbrahimova: Əsas vəzifə texnologiyanı idarə edən, tarixini bilən və tənqidi düşünən nəsil yetişdirməkdir

İşğaldan azad olunmuş ərazilərdə 17 minə yaxın istehlakçı elektrik enerjisi ilə təmin edilib

Kambocanın Baş naziri: Dialoq və beynəlxalq hüquq çərçivəsində sülhə nail olmaq lazımdır

Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir

İsveçdə işsizlik səviyyəsi azalıb

Hərbi hissələrdə “Açıq qapı” günləri təşkil olunub