“Sumqayıt” klubu Mehdi Cənnətov ilə üçillik müqavilə imzalayıb
Bakı, 5 iyun, AZƏRTAC
“Sumqayıt” klubu mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, komanda son mövsümü “Zirə”də keçirmiş qapıçı Mehdi Cənnətovu heyətinə qatıb.
Otuz bir yaşlı qolkiperlə üçillik müqavilə imzalanıb.
Qeyd edək ki, 2017-2020-ci illərdə də "Sumqayıt"ın şərəfini qorumuş M.Cənnətov bu müddət ərzində 63 oyun keçirib. Azərbaycan millisinin də formasını geyinən qapıçı son iki mövsümdə "Zirə"nin heyətində 47 qarşılaşmada meydana çıxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]