REGİONLAR
Sumqayıt teatrı Lənkəranda Əziz Nesinin komediyasını təqdim edib
Sumqayıt, 13 iyul, AZƏRTAC
Sumqayıt Dövlət Dram Teatrının kollektivi Lənkəranda Əziz Nesinin “Öldür məni, canciyər” komediyasını təqdim edib.
AZƏRTAC xəbər verir ki, Lənkəran Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru Xalq artisti, Prezident mükafatçısı, “Qızıl Dərviş” mükafatı laureatı Firudin Məhərrəmovdur. Quruluşçu rəssam Nabat Səmədova, musiqi tərtibatçısı Anar Süleymanovdur. Rollarda Əməkdar artistlər Növrəstə Həşimova, İlahə Səfərova və aktyor Mətləb Səfərli çıxış ediblər.
Tamaşadan sonra sənət ocaqlarının yaradıcı heyətləri görüşüb, fikir mübadiləsi aparılıb. Bildirilib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə gerçəkləşən səfərlər teatrlar arasında inteqrasiyanı gücləndirir, ümumilikdə yaradıcılığa töhfə verir.