Azərbaycan Dövlət İnformasiya Agentliyi

Suriya müharibəsi Ermənistanın sosial-iqtisadi iflasının aynası kimi

Bakı, 1 sentyabr (AZƏRTAC). Özünü “sabit inkişaf edən qabaqcıl ölkə” kimi təqdim edən, bir sıra ciddi amillər üzündən çıxılmaz vəziyyətə düşmüş Ermənistan, - bu vəziyyətdən çıxış yolu onun bugünkü imkanlarına proporsional olmayan ambisiyaları səbəbindən bağlanmışdır, - işğal olunmuş ərazilərinin tamamilə azad edilməsinə nail olmaq əzmi göstərən Azərbaycana siyasi və iqtisadi baxımdan uduzduğunu dərk etməyə başlamışdır. Siyasi məğlubiyyət özünü onda göstərmişdir ki, dekorativ oyuncaq olan “müstəqil” Dağlıq Qarabağı heç bir ölkə tanımamışdır.

Heç şübhəsiz, Serj Sarkisyan başda olmaqla Ermənistan rəhbərliyi Azərbaycan Respublikasına münasibətdə uzaqgörən olmayan təcavüzkar siyasəti üzündən ölkənin xarici aləmdən təcrid olunmuş iqtisadiyyatının nəyə çevrildiyini ümidsizcəsinə etiraf edir. Siyasi-iqtisadi problemlər bataqlığına düşmüş Yerevan ermənilərin onun nikbin məlumatlarını özünün istədiyi kimi başa düşdüklərini güman edirsə, bu, heç də belə deyildir və cibində bir istiqamətə bilet olan ermənilərin Zvartnots aeroportu tərəfə axını buna misaldır.

Bizim Cənubi Qafqaz siyasi düyünündən kənarda olan tək bir hadisə Ermənistanı özünün maliyyə-iqtisadi potensialının nə dərəcədə zəif olması barədə daha çox düşünməyə və müşkül olmayan bir problem qarşısında aciz qalmağa vadar etmişdir. Bu hadisə Ermənistanın siyasi təbliğatı üçün də soyuq duş rolu oynamışdır. İlk vaxtlarda özünü itirən Ermənistan təbliğatı sonradan özünü o yerə qoymamağa çalışmış, yəni Suriya ermənilərinin Azərbaycanın işğal olunmuş rayonlarında yerləşdirilməsi ilə bağlı Yerevanın əvvəlcədən uğursuzluğa məhkum, beynəlxalq hüquqa zidd olan qərarını müsbət tərəfdən işıqlandırmağa başlamışdır. Bu qərar Suriya ermənilərinə də quyu qazır.

İlk zəng Suriya müxalifəti erməni diasporunun yaşadığı şəhərlərdə, xüsusən Hələbdə hərbi əməliyyatlara başlayanda çalındı. Əvvəlcə “kiçik bir anlaşılmazlıq” oldu. Siyasi qalmaqala çevrilməməsi üçün Ermənistan rəhbərliyi onu ört-basdır etmək məcburiyyətində qaldı. Bu, atəş altında olan erməni mənşəli suriyalı qaçqınlara turizm mövsümünün qızmar çağında avabilet alan qayğısız turistlərmiş kimi göstərilən münasibətdir. Bu vəziyyətdə BMT-nin Dağlıq Qarabağda çıxdaş etdiyi separatçı rejimin rəhbərliyi kimi, “Armavia” şirkəti də goreşən xislətli olduğunu göstərmişdir.

Moskva-Yerevan videokörpüsü zamanı Qafqaz İnstitutunun direktoru Aleksandr İskandaryan Suriyada vətəndaş müharibəsinin nəticələrinə toxunaraq demişdir: “Suriya müharibəsi ölkədə humanitar fəlakətə gətirib çıxaracaq və Ermənistana kütləvi miqrasiyaya səbəb olacaqdır. Suriyada vəziyyətin inkişafı Ermənistan üçün son dərəcə böyük əhəmiyyət daşıyır, çünki orada etnik erməni olan minlərlə suriyalı yaşayır və onların getdikcə daha çox hissəsi Ermənistana gəlir və vətəndaşlıq istəyir”. Göründüyü kimi, A.İskandaryan yerli ermənilərin müflisləşməkdə olan ölkədən qaçıb getməsi səbəbindən əslində yarıdan çox boşalmış Ermənistana elə öz ermənilərinin gəlməsindən əməlli-başlı qorxuya düşmüşdür.

“NovostiNK.ru” elə həmin telekörpü haqqında yazır: “Ermənistan Milli Elmlər Akademiyasının (MEA) Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan, öz növbəsində, İran ətrafındakı qeyri-sabit vəziyyətə toxunaraq qeyd etmişdir ki, erməni ictimaiyyətini narahat edən əsas məsələlərdən biri Azərbaycanın İrandakı vəziyyətdən istifadə edərək, Qarabağ münaqişəsini hərbi yolla həll etməyə cəhd göstərməsi imkanının olmasıdır”.

Gördüyünüz kimi, Ermənistanın Azərbaycanın verəcəyi cəzadan vahimələndiyini adi jurnalist və Yerevanın çoxsaylı politoloqları deyil, Ermənistan MEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan dilə gətirmişdir. Onun sözlərində artıq, Ermənistan isteblişmentinin öz-özünə toxtaqlıq verdiyi qələbə ritorikası yoxdur.

Ermənistanın “Aysor.am” portalı hələ Suriyada vətəndaş müharibəsinin başlanması ərəfəsində “Ermənistan Suriyadakı həmvətənlərini qəbul etməyə hazır deyildir” sərlövhəli məqalədə Ermənistanın Ərazi İdarəçiliyi Nazirliyinin Miqrasiya Xidmətinin sığınacaq verilməsi məsələləri üzrə şöbəsinin rəisi Petros Ağababyanın fikirlərini şərh edərək yazmışdı: “Hər halda, Suriyada vəziyyətin kəskin gərginləşəcəyi təqdirdə sığınacaq imkanının verilməsi xahişi ilə Ermənistanın hakimiyyət orqanlarına müraciətlər daxil olmuşdur, lakin bəzi məlumatlara görə, Ermənistan tərəfi ölkənin özündəki mürəkkəb sosial-iqtisadi vəziyyətdən çıxış edərək, belə bir imkana o qədər də nikbinliklə baxmır”. Haradasa uzaqlarda ermənilərin yaşam-həyatında nə isə dəyişilən kimi, “müzəffər” Ermənistan vahiməli hücum azarına mübtəla olmuşdur.

Ermənistan etiraf etməli olur ki, dərin sosial-iqtisadi böhran içindədir. Erməni diasporlarının nümayəndələri də Ermənistan iqtisadiyyatının dilənçi vəziyyətində olduğunu bildirirlər. Miçiqan Universitetindən tarixçi Ara Sancyan Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətdə olduğunu başa düşərək deyir: “Əgər ermənilərin Suriyadan çıxıb getməsi kütləvi xarakter alsa, problemlərin həlli üçün təkcə Ermənistanın hakimiyyət orqanlarının səyləri kifayət etməyəcəkdir. Ermənistanın özünün zəif iqtisadiyyatı və ən başlıcası, diasoporun həyatının gerçəklikləri haqqında məlumatların çox qıt olması səbəbindən hökumət Suriyadakı vəziyyətlə bağlı çox iş görə bilməz” (“Armenian Weekly”).

“Aravot.am” jurnalistlərinin “Suriya erməniləri Ermənistandan incimişlər” sərlövhəli məqaləsində qeyd etdikləri kimi: “Bizimlə söhbət zamanı onların (Suriya ermənilərinin) bəziləri belə bir fikir söylədilər ki, Ermənistan yalnız özünə yardım lazım olanda spyurku (erməni diasporu) yada salır”. Bu təhqiramiz sözlər prezident Serj Sarkisyan üçün erməni diasporunun Ermənistan Respublikasına verdiyi həqiqətən təəssüfləndirici qiymətdir.

“Nezavisimaya qazeta” (Rusiya) yazır: “Hakimiyyət strukturlarının nümayəndələri sosial-iqtisadi şərait baxımından əsla nümunəvi olmayan, işsizliyin səviyyəsinin yüksək olduğu Ermənistana qaçqınların mümkün axını ilə bağlı problem barədə mühakimə yürüdərkən səmimiyyətdən uzaq şəkildə qeyd edirlər ki, hələlik vəziyyəti proqnozlaşdırmaq mümkün deyildir, sonda nə qədər erməninin vətəndə məskunlaşmaq arzusunda olacağını irəlicədən bilmək qeyri-mümkündür”.

1,5 milyon erməninin tərk etdiyi Ermənistana yeddi min həmvətəninin gəlməsindən qorxuya düşən “vətənpərvər” Daşnaksutyun Erməni İnqilabi Federasiyası (DEİF) özünün liderlərindən birinin, məhz Kiro Manoyanın şəxsində Yerevan jurnalistlərinə demişdir: “Bu ölkədə (Suriya - qeyd müəllifindir) erməni icmasını saxlamaq məqsədəuyğundur”. Onun sözlərinə görə, “vəziyyət çox mürəkkəbdir və ehtiyatlı olmağı tələb edir: Ermənistana gəlmək istəyənlərə kömək göstərməkdən əsla imtina etmək olmaz, lakin bu prosesi təşviq etmək və ya onun təşəbbüskarı olmaq da yolverilməzdir”.

Ermənistanda dəvət olunmayan ermənilərdən yaxa qurtarmaq üçün “Daşnaksutyun” özünün “Qarabağ bürosu”nda xüsusi komitə yaradıldığını elan etmişdir. Bu komitə Suriyadan olan erməni qaçqınlarının Dağlıq Qarabağda yerləşdirilməsi məsələsinin həlli ilə məşğul olacaqdır.

Radikal “Sardarapat” hərəkatı da Ermənistan rəhbərliyini suriyalı ermənilərin Azərbaycanın işğal edilmiş rayonlarında yerləşdirilməsi yolu ilə onlardan yaxa qurtarmağa, özü də yeddi rayonun Azərbaycana qaytarılmasından sonra onların taleyindən narahat olmamağa çağırır.

Uzaq keçmişə aid olmayan bir əhvalatı, məhz azərbaycanlıların indiki Ermənistan ərazisindəki ata-baba yurdlarından didərgin salınaraq köçürülməsinin üç mərhələsini yada salaq. Bu mərhələlərin hər birindən əvvəl Ermənistan bəyan edirdi: “Biz kiçik dağlıq bir ölkəyik və ermənilərə torpaq çatışmır”. Nə oldu? Ermənistanda torpağı çatışmayanlar Ermənistan azərbaycanlıların çoxəsrlik ocaqlarının söndürüldüyü bu torpaqdan “yeyib doya” bildilərmi?

Bundan əvvəl həmin torpağın hər bir qarışının müqəddəs olduğunu bildirən ermənilər bu dəfə heç bir zorakılıq olmadan özləri onu tərk etməyə başladılar. Bu, sadəcə qaçış deyildir. Əgər 3,5 milyonluq əhalinin yarısı ölkəndən çıxıb gedirsə, bunun bir adı var: bu xalqın sonu çatıb. Ermənistan rəhbərliyi keçmiş sovet respublikaları arasında ölkəni tərk edən əhalinin ümumi sayına ən böyük faiz nisbətini nə ilə izah edə bilər?

Bütün bunlara bir ad vermək olar: hazırda xarici borcu ümumi daxili məhsulun 74 faizini təşkil edən Ermənistanın sosial-iqtisadi siyasətinin dərin böhranı. Parlamentdə “Erməni Milli Konqresi” fraksiyasının deputatı Qrant Baqratyan bildirmişdir ki, əslində Ermənistanın xarici borcu 6,5 milyard dollar təşkil edir. Baqratyan demişdir: “Biz ölkəni məhv edirik”.

Azərbaycan işğal olunmuş torpaqlardan olan bir milyona yaxın azərbaycanlı qaçqın və köçkünü yerləşdirmişdir, Ermənistan isə Suriyadan olan yeddi min erməni qarşısında aciz qalmışdır. Göründüyü kimi, qaçqınların say nisbəti xeyli dərəcədə çoxdur: 1:150. Bu fakt iki dövlətin potensialını müqayisə etmək üçün bir arqument deyilmi? Suriyadan, gələcəkdə, ola bilsin, Livandan olan ermənilərin Azərbaycan ərazisində məskunlaşdırılmasını qanuniləşdirmək, təbii ki, alınmayacaqdır. Bu arada bütün Ermənistan Suriyadan alınan məlumatları narahatlıqla izləyir, lakin Suriya xalqına acıdığı üçün deyil, Ermənistanın düşünməməyə çalışdığı gerçəkliklərin onun sərhədlərinə yaxınlaşmasından qorxduğu üçün.

 

Elxan Tağıyev

müstəqil ekspert

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan PUA hücumundan sonra Atırau–Samara neft kəməri ilə nəqlin dayandırıldığını açıqlayıb

Britaniyada miqrantların daimi yaşayış icazəsi qaydaları sərtləşdirilir

Vətən müharibəsi qazisi: Xalqımıza bayramlar yaraşır

Bakıda “Zəfər Günü – Qürur günümüz” adlı musiqili-bədii proqram təqdim olunub

Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

Bölgələrdə sertifikatlı toxum satışı təşkil olunacaq

Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz

Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib

Rusiya MDB ölkələri arasında borclular haqqında məlumat mübadiləsinə dair sazişi ratifikasiya edib

Qazaxıstan və Dünya Bankı Xəzər və Aral dənizlərinin ekoloji problemlərini müzakirə ediblər

Qazaxıstanda Aktau dəniz limanı yaxınlığında yük avtomobili teplovozla toqquşub

Fransada sosial narazılıq dərinləşir: Makron hakimiyyəti yeni siyasi böhranla üz-üzədir

Türk ekspert: Almaniyada gənclərin etirazları gələcəyə inamsızlığın göstəricisidir

Avropanın sabitliyi öz vətəndaşlarına verdiyi vədləri yerinə yetirib-yetirə bilməyəcəyindən asılıdır ŞƏRH

Humboldt Universitetinin professoru: Almaniya və Fransadakı etirazlar Avropanın dərin sosial problemlərini əks etdirir

Gökdeniz Karadeniz: Son illərdə Azərbaycan komandaları Avropada mühüm uğurlar qazanırlar – EKSKLÜZİV

Dövlət Komitəsinin sədri Şərurda vətəndaşların müraciətlərini dinləyib

Fransadakı etirazlar Makron hakimiyyətinin yarıtmaz siyasəti kontekstində qiymətləndirilməlidir RƏY

Hövsan-Türkan yolunda təmir işləri ilə əlaqədar üç marşrutun hərəkət sxemi dəyişdiriləcək

Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Konstitusiya Məhkəməsinin Plenumunda Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul edilib

Tbilisidə Azərbaycan-Gürcüstan elmi-ədəbi əlaqələrinin əhəmiyyəti vurğulanıb

Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Məktəblilərin milli yaddaş dərsi: şəhidlərimizin qəhrəmanlıq yolu gənclərə nümunədir VİDEO

Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib

Qazaxıstan və Çin Orta Dəhlizin inkişafı üçün 200 milyon dollaradək investisiya fondu yaratmağı nəzərdən keçirir

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Məktəb direktoru: Vətənpərvərlik tərbiyəsi təhsilin ayrılmaz tərkib hissəsidir VİDEO

Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

“Şəki Yaylası”nda ölümlə nəticələnən hadisə üzrə iki nəfər cinayət məsuliyyətinə cəlb olunub VİDEO

Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır

Azərbaycan-Çin Sənaye Parkının yaradılması nəzərdən keçirilib

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

® “Prime Leasing” qlobal səhnədə: Çində “Zoomlion Gold Dealer Award 2026” mükafatına layiq görülüb

Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb

DİM elektron xidmət istifadəçilərini diqqətli olmağa çağırır

Azərbaycanda elektromobillər üçün vahid enerjidoldurma platformasının yaradılması planlaşdırılır

Hərbi xidmətdən boyun qaçıran şəxslər cinayət məsuliyyətinə cəlb olunub

Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Zəfər tarixinin tədrisi şagirdlərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynayır - Müəllim VİDEO

Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib

ABŞ-də Hellouin bayramı zamanı baş verən atışmalarda 12 nəfər həlak olub, 50-dən çox insan yaralanıb

Avropada siyasi etimadın azalması və iqtisadi çətinliklər sistemli problemlərin göstəricisidir - ŞƏRH

İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər

Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Özbəkistanda Qlobal İstedadlar Forumunda məruzə edib

Çinin xüsusi nümayəndələri Yaxın Şərq və Afrikaya səfər edəcəklər

Sumqayıt Bulvarında mikromobillik zolaqları təşkil edilib

DSX: Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Enerji daşıyıcılarının bahalaşması Avropada sosial-iqtisadi problemləri dərinləşdirir - RƏY

Fransadakı kütləvi etirazlar Avropanın siyasi elitaları üçün ciddi xəbərdarlıqdır ŞƏRH

İsveçdə supermarketlərdə soyuducu avadanlıqlarda kütləvi nasazlıq baş verib

Belçikanın Baş naziri büdcə danışıqlarının uğursuzluğundan sonra istefasını kralın ixtiyarına verəcək

Milli Süni İntellekt Mərkəzi ilə “University at Buffalo” dövlət və özəl sektorun təmsilçiləri üçün beynəlxalq təlim təşkil edib

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Hövsan-Türkan avtomobil yolunda hərəkət məhdudlaşdırılacaq VİDEO

Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Suriyada güclü sel nəticəsində səkkiz nəfər həlak olub

“Dəmir yolları – zamanın obyektivində” mövzusunda fotomüsabiqə elan olunub

Makronun əsas problemi konstitusion səlahiyyətlərinin məhdudluğu deyil, siyasi legitimliyinin zəifləməsidir  ŞƏRH

Qələbənin izi ilə: BDU-da Vətən müharibəsinin siyasi-tarixi əhəmiyyətindən bəhs edilib

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə yekun vurulub

Azərbaycanlı alimin Dünya Bankının beynəlxalq layihəsinə ekspert töhfəsi yüksək qiymətləndirilib

Zaur Əliyev: Mədəniyyətlərarası dialoq davamlı sülhün və beynəlxalq hüququn mühüm şərtidir

BMT-nin hesabatı: Qlobal temperaturun 1,5 dərəcədən çox artması kriosferdə geridönməz itkilərə səbəb ola bilər

Balaton gölü əsrin sonunadək üç hissəyə bölünə bilər

NASA “Hubble” teleskopunun fəaliyyət müddətini uzatmaq üçün özəl şirkətləri cəlb edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

Tbilisidə vağzal ərazisindəki bazarda güclü yanğın baş verib VİDEO

“Azərbaycançılıq milli məfkurəmizdir” mövzusunda müzakirə-seminar təşkil edilib

Azərbaycanın investisiya üstünlüyü - İstehsaldan regional ixraca

® Metropoliten işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

“Üzməyi öyrənək” layihəsi 8-ci dəfə təşkil olunacaq

Şuşaya ilk Azərbaycan bayrağını sancan Vətən Müharibəsi Qəhrəmanı BMU tələbəsidir

Media: Rusiyanın kəşfiyyat gəmisi NATO-nun hərbi təlimlərində iştirak edən döyüş gəmilərini izləyib

“4Sİ Akademiyası - Milli Proqram” çərçivəsində daha 4 min vətəndaş təlimlərə başlayıb

Azərbaycan basketbol millisi Serbiyaya yollanır

® “Ziraat Bank Azərbaycan”ın istiqrazlarına böyük maraq - Tələb təklifi 3 dəfə üstələyib

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

“Qəhrəmanlıqdan Zəfərə!” - məktəblilərin təqdimatında Vətən müharibəsinin salnaməsi VİDEO

Hamiləlikdə xroniki yüksək qan təzyiqi körpələrdə anadangəlmə ürək qüsuru riskini artırır - tədqiqat

“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi

Yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO

Deputat: Azərbaycan qadını dövlətçilik ənənələrinin qorunmasında mühüm rol oynayır

Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ

Pərvanə Hacıyeva: “Güclü cəmiyyətin zərif simaları” layihəsi qadınların təcrübə mübadiləsinə geniş imkan yaradıb

Alman nazirlər Frankfurtda iğtişaşlara və talanlara qarşı sərt tədbirlər görüləcəyini vəd edirlər

2027-ci il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi müzakirə edilib

Türk dünyasının iqtisadi potensialı elmi müstəvidə təhlil edilib

Mahmud Qurbanov: Klublar arasında rəqabətin artması futbolumuzun inkişafına müsbət təsir göstərir

Britaniyada miqrantların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddəti artırıla bilər

Şəhid atanın ən böyük arzusu: BDU tələbəsi Aysu Əmrahovanın Zəfər hekayəsi

Azərbaycan öz milli maraqları çərçivəsində müxtəlif platformalar arasında dialoqa töhfə verir ŞƏRH

Mars Sariyev: Sabitlik küçələrdə polislərin sayı ilə deyil, qurumların ictimai tələblərə reaksiya vermək qabiliyyəti ilə ölçülür ŞƏRH

Dövlət sərhədindən buraxılış məntəqəsində sənədlərdə göstərilməyən yük aşkar edilib

Avropada baş verən kütləvi etirazlar cəmiyyətdə narazılığın dərinləşdiyini göstərir ŞƏRH

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

TəhsilPlus kartı ilə təhsil işçiləri ictimai nəqliyyatda ilk gedişlərini 1 qəpiyə edə biləcəklər VİDEO

Aynur Sofiyeva: Güclü cəmiyyət hər bir vətəndaşın öz potensialını reallaşdırması ilə formalaşır

Krit adası yaxınlığında 43 miqrant xilas edilib

Qazaxıstanda əhali artımı: ən yüksək göstərici Astanada qeydə alınıb