ŞUŞA HƏSRƏTLİ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mingəçevirdə 600 şuşalı məcburi köçkün yaşayır. Hər bir azərbaycanlı üçün doğma və əziz olan bu diyarın ermənilər tərəfindən işğalının 12-ci ildönümü münasibətilə şuşalılarla ictimaiyyət nümayəndələrinin görüşü olmuşdur. Şəhər icra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı Şuşanın işğalına gətirib çıxaran səbəblərdən və torpaqlarımızın azad olunması üçün Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti barədə danışmışdır. Şuşalılar öz yurd yerlərinə qayıdacaqları günə inandıqlarını, həmin anın həsrəti ilə yaşadıqlarını bildirmişlər.
Görüşdə Şuşa həsrətli şerlər səslənmişdir.