Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Şuşada Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruq İdarəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Publik Hüquqi Şəxsin nümayəndələri iştirak ediblər.

İşçi Qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirlik tərəfindən Şuşa rayonu ərazisində həyata keçirilən ekoloji tədbirlər, o cümlədən meşəbərpa və yeni yaşıllıq sahələrinin salınması tədbirləri, xüsusi mühafizə olunan təbiət əraziləri, eləcə də Xocalı və Şuşa rayonlarının inzibati ərazisində nadir təbiət komplekslərinin, xüsusilə tarixi və paleontoloji abidələrin qorunması və etalon ərazi kimi saxlanılması məqsədilə 1988-ci ildə yaradılmış Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirilib ki, rayon ərazisində mövcud olmuş 8526 hektar meşə fondu sahəsinin meşə ilə örtülü 2972,8 hektarı və Daşaltı Dövlət Təbiət Yasaqlığının (ümumi sahəsi 450 hektar) 50 hektarı məhv edilib. 1990-cı illərdə qeydiyyata alınmış 8 mineral-xammal yatağından 4-ü istismar edilib. Ermənistan tərəfindən 30 illik işğal dövründə ətraf mühitə vurulmuş ziyana beynəlxalq hüquqi müstəvidə qiymət verilməsi ilə əlaqədar məsələyə cəlb olunmuş ekspertlərlə birgə məlumat mübadiləsi aparılır.

Məlumat verilib ki, Şuşa şəhəri ərazisində hidrometeoroloji şəbəkənin bərpası istiqamətində bütün lazımi sensorlarla təchiz edilmiş avtomat meteoroloji stansiyanın quraşdırılması işləri yekunlaşdırılıb. Həmin stansiyanın quraşdırılması ilə Şuşa rayonunun iqlim şəraitinin qiymətləndirilməsinə, meteoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinin artırılmasına nail olunub. Regionda hidrometeoroloji xidmət səviyyəsinin artırılması rayon ərazisində fəaliyyəti nəzərdə tutulan istehsal və kənd təsərrüfatı sahələri üçün çox faydalıdır.

İşğaldan azad edilmiş ərazilərdə aparılan intensiv abadlıq və quruculuq işləri ilə yanaşı, ətraf mühitin bərpası ilə bağlı tədbirlərin görülməsinə zərurət yaranıb. Həmin məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şuşa şəhərində olan mövcud yaşıllıqların bərpası ilə yanaşı, yeni salınacaq yaşıllıqlarda istifadə olunacaq ağac və kolların bioekoloji xüsusiyyətləri nəzərə alınmaqla siyahısı tərtib olunub və əkin tipinə görə təsnifatı hazırlanıb.

Şuşa rayonu ərazisində yerləşən Topxana meşəsinə bitişik olan 1,5 hektar torpaq sahəsində və Şuşa şəhərinin giriş hissəsinin sol tərəfində 0,02 hektar torpaq sahəsində yerli şəraitə uyğun ağac növləri əkilib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin təmsilçisi tərəfindən Azərbaycanın xüsusi tarixi, mədəni və strateji əhəmiyyətə malik olan Şuşa şəhərinin bərpası və yenidən qurulması, gələcək inkişafının təmin edilməsi məqsədilə planlaşdırma və layihələndirmə işləri barədə məlumat verilib. Şuşada aparılan tikinti-quruculuq, bərpa işləri çərçivəsində ekoloji məsələlərə xüsusi diqqət ayrıldığı qeyd olunub. Şuşanın Baş planına uyğun olaraq, evlərin və digər obyektlərin inşası layihələrinin hazırlanmasında yaşıl zolaqların, parkların salınmasının nəzərə alındığı və tikintisi nəzərdə tutulan ərazilərdə yerləşən ağacların qorunub saxlanılması və yeni əraziyə köçürülməsinin təmin olunduğu bildirilib.

Şuşa rayonunun əlverişli coğrafi mövqeyi və zəngin təbiəti xidmət və turizm sahələrinin inkişafı üçün geniş imkanlar yaradır. Xüsusi Nümayəndəlik digər aidiyyəti qurumlarla birgə tikinti-quruculuq layihələrini planlaşdırarkən doğma yurdlarına qayıdacaq şuşalılar və qonaqlar üçün rahat və sağlam yaşayış mühitinin yaradılmasını, ekoloji standartlara cavab verən innovasiya metodlarının reallaşmasına xüsusi diqqət ayırır. Şuşa şəhərinin və ətraf ərazilərin inkişaf konsepsiyası hazırlanarkən rayon ərazisində yerləşən çayların, Daşaltı Dövlət Təbiət Yasaqlığının, minerallarla zəngin Turşsu su mənbəyinin imkanlarını turizm sahələrinin inkişafında nəzərə almaq planlaşdırılır.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının idarə olunması barədə iştirakçılara məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərində bərk məişət tullantılarının “Təmiz Şəhər” ASC tərəfindən idarə edilməsi davam etdirilir. Şəhərdə 70 meydançada 121 konteyner yerləşdirilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə birlikdə perspektivdə quraşdırılacaq yeraltı tullantı konteynerləri üçün 6 ədəd tullantı meydançası quraşdırılıb. Şuşa şəhərində əmələ gələn tullantıların idarə edilməsi üçün müasir tələblərə uyğun 6 ədəd xüsusi texnika və 4 çeşidli yeraltı konteynerlər alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Faiq Mütəllimovun təqdimatında işğaldan azad edilmiş ərazilərdə dövri iqtisadiyyatın təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidən qurulması zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına başlanıldığı qeyd olunub.

Belə ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri nəticəsində tikinti və söküntü tullantılarının həcminin artması ilə əlaqədar Ağdam rayonunda başlanılan pilot layihənin məqsədi tullantıların dayanıqlı şəkildə idarə olunmasını təmin etməkdir.

Qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən BMT-nin Ətraf Mühit Proqramının ekspertlərinin iştirakı ilə Şuşa şəhəri və Ağdam rayonu ərazisindəki dağıntılardan götürülmüş nümunələrin laborator təhlilləri aparılıb və həmin tullantıların təkrar emal edilərək tikintidə istifadəyə yararlı olduğu müəyyən olunub. Növbəti mərhələdə həmin fəaliyyətin genişləndirilərək işğaldan azad edilmiş digər ərazilərdə də tətbiqi ilə bağlı tədbirlər görülür.

Ekoloji məsələlər üzrə İşçi Qrupun üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynova çıxışında Ulu Öndər Heydər Əliyevin dediyi kimi, Şuşanın hər bir azərbaycanlı üçün çox yüksək dəyərə malik olduğunu qeyd edib. Müzəffər Azərbaycan Ordusu tərəfindən torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağa “Elmin Böyük Qayıdışı” üçün yaradılmış şəraitdən istifadə edərək elmi təşkilatlar və alimlər tərəfindən regionda, eləcə də Şuşa şəhəri və ətraf ərazilərdə kompleks bioloji və radioekoloji monitorinqlərin həyata keçirildiyinə, torpaq və su resurslarının tədqiq edildiyinə diqqət çəkib. Sonra akademik İradə Hüseynova Şuşa rayonunun, o cümlədən Daşaltı Dövlət Təbiət Yasaqlığının landşaftı, torpaq örtüyü, bioloji müxtəlifliyi, zəngin flora və faunası, bu ərazilərdə mövcud olan və Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş nadir növlər haqqında məlumat verib. O, müvafiq elmi tədqiqat institutları tərəfindən aparılmış bioloji, radioekoloji, mikrobioloji monitorinqlərin nəticələri ilə toplantı iştirakçılarını tanış edib.

Akademik İradə Hüseynova AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə son iki ildə keçirilmiş konfrans və elmi seminarlarda Şuşa rayonuna xüsusi diqqət yetirildiyini, ötən il sentyabrın 22-23-də “Şuşa İli”nə həsr edilmiş “Qarabağın biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın bağlanış mərasiminin Şuşada, Cıdır düzündə keçirildiyini bildirib.

Çıxışının sonunda AMEA-nın vitse-prezidenti bu günlərdə nüfuzlu “Springer” nəşriyyatında ingiliscə nəşr edilmiş kitabda iki irihəcmli fəslin Qarabağın dərman və qida əhəmiyyətli bitkilərinə və onların yerli azərbaycanlı əhali tərəfindən istifadəsinə həsr edildiyi barədə məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi tərəfindən Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması işləri barədə məlumat verilib. Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində yeni su anbarlarının inşa olunduğu qeyd olunub. Belə ki, Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsindən perspektiv inkişaf nəzərə alınmaqla 25 min nəfər faydalanacaq. Bildirilib ki, şəhərin içməli su tələbatı mövcud Kiçik Kirs, Zarıslı mənbələri və 2022-ci ildə istismara verilmiş Zarıslıçay su anbarı hesabına ödəniləcək, eləcə də su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib. Birinci anbarın tikintisinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi planlaşdırılır. Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. İlin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı anbar, nasos stansiyası və 2,9 kilometr uzunluğunda yeni təzyiqli kəmər inşa edilib. Ötən ilin dekabrında yeni mənbədən şəhərə suyun verilməsi təmin edilib. Gələcəkdə Zarıslıçay su anbarı genişləndirilərək tutumu 7,5 milyon kubmetrə çatdırılacaq.

İclasda, həmçinin dəvət olunan digər qurumlar tərəfindən tikinti-söküntü tullantılarından təkrar xammal materialı kimi istifadə perspektivləri, yol-infrastruktur layihələrinin icrası zamanı ətraf mühitə minimum təsirə nail olunması, Şuşa şəhərində yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi perspektivləri, Şuşa yolunun tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər barədə və Şuşa şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib.

Sonra iclas iştirakçıları Daşaltı Dövlət Təbiət Yasaqlığını və Topxana meşəsini müşahidə edib və Şuşa şəhərində qurulmuş avtomat meteoroloji stansiyanın işi ilə tanış olublar.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH