Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda silah və narkotik vasitə aşkarlanaraq götürülüb
Bakı, 16 mart, AZƏRTAC
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Əliyev Akif Arif oğluna məxsus 1 ov tüfəngi, 1 “Vinçester” markalı silah və ümumi çəkisi 80 qram olan qurudulmuş marixuana Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda aşkar edilərək götürülüb.
Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyin Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.