Tarixçi-alim beynəlxalq tədbirdə Şuşanın memarlıq abidələrindən danışıb
Bakı, 23 yanvar, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi dosent Həbibə Əliyeva Türkiyənin Adnan Menderes Universiteti tərəfindən təşkil olunan beynəlxalq elmi seminarda Şuşanın epiqrafik abidələrində Türk-İslam mədəniyyətinin izləri haqqında (fotoslayd vasitəsilə) məlumat verib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, dosent H.Əliyeva, eyni zamanda, işğal dövründə ermənilərin Şuşada törətdikləri vəhşiliklərdən, tarixi və memarlıq abidələrimizə qarşı bədnam əməllərindən danışıb. Vətən müharibəsi zamanı işğaldan azad ediləndən sonra Şuşada geniş bərpa və quruculuq tədbirləri həyata keçirildiyini diqqətə çatdıran alim şəhərin tarixi ilə bağlı yeni kitabların yazılmasının, epiqrafik tədqiqatların aparılmasının əhəmiyyətini vurğulayıb.
Sonra H.Əliyeva Şuşanın tarixi və abidələri ilə bağlı sualları cavablandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:26]
Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası
- 14.10.2026 [11:22]
Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq
- 14.10.2026 [10:45]
UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb
- 14.10.2026 [10:42]