Taxtakörpüdə ağacəkmə aksiyası keçirilmişdir
Ağcabədi, 2 noyabr (AZƏRTAC). 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar laçınlı məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü ərazisində ağacəkmə aksiyası keçirilmişdir.
Laçın rayonunun idarə və müəssisə kollektivlərinin nümayəndələri, sakinlər ekoloji mühitin sağlamlaşdırılması məqsədi ilə keçirilən tədbirdə fəal iştirak etmişlər. İməcilik zamanı Taxtakörpü ərazisinə 500 ədəd şam, sərv, xan çinarı və digər ağaclar əkilmişdir.
Cari ildə keçirilən iməciliklər zamanı laçınlı məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 5 mindən çox ağac və gül kolları əkilmişdir.
Respublikada kommunal nəqliyyat xidmətinin səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə dövlətimizin başçısının tapşırığına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına ölkəyə gətirilmiş müxtəlif nəqliyyatlardan bir ədəd su maşını Laçın rayonuna verilmişdir. Həmin texnikadan yaşıllıqların suvarılmasında və yolların yuyulmasında istifadə ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]