Tennis üzrə ABŞ açıq turnirində kişilərin yarışının ikinci finalçısı da müəyyənləşib
Bakı, 12 sentyabr, Nicat Məmmədov, AZƏRTAC
Sentyabrın 12-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) kişilər arasında ikinci finalçı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci yarımfinal görüşündə Danil Medvedev (Rusiya) və Dominik Tim (Avstriya) üz-üzə gəliblər. İki saat 53 dəqiqə davam edən görüş avstriyalı tennisçinin qələbəsi ilə başa çatıb - 6:2, 7:6 (9:7), 7:6 (7:5).
Dominik Tim turnirin həlledici görüşündə almaniyalı Aleksander Zverev ilə qarşılaşacaq.
A.Zverev yarımfinalda Pablo Karreno-Busta (İspaniya) üzərində çətin qələbə qazanıb - 6:3, 6:2, 3:6, 4:6, 3:6.
Ümumi mükafat fondu 53,4 milyon dollar təşkil edən turnirə sentyabrın 13-də yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]