“Tokio-2020” Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb
Bakı, 12 mart, AZƏRTAC
Martın 12-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb.
AZƏRTAC Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytına istinadla xəbər verir ki, məşəl Olimpiya Oyunlarının vətəni olan Yunanıstanın Hera məbədində günəş şüalarının parabolik güzgülərlə istiqamətləndirilməsi vasitəsilə alovlandırılıb. Olimpiya məşəlini ənənəvi olaraq qədim yunan ilahəsi geyimində olan qadın alovlandırıb.
Yunanıstanda bir həftə davam edəcək estafetin sonunda - martın 19-da Afinanın “Panatinaikos” stadionunda keçiriləcək təntənəli mərasimdə məşəl “Tokio-2020”nin təşkilatçılarına təhvil verəcək.
Olimpiadanın vətəni olan Yunanıstanda alovlandırılacaq məşəli ümumilikdə 10 min nəfər daşıyacaq. Estafet martın 26-da Fukusimadan davam edəcək və 121 gün ərzində Yaponiyanın 47 prefekturasını gəzəcək.
Xatırladaq ki, “Tokio-2020” Yay Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]